"Ərizəmi yazıb, işdən çıxdım” - "Xəzər TV"dən daha bir ayrılıq

img

11-05-2020 [17:49]


“Xəzər” telekanalında Kamal Dənizin “Çöl adamı” verilişinin yayımı dayandırılıb.

Mia.az bildirir ki, Yenicag.az-a açıqlama verən Kamal Dəniz xəbəri təsdiq edib:

“Bəli, aprelin 15-dən verilişin yayımı dayandırılıb. Amma çəkilişlərimiz davam edir. Hazırda Şəmkir rayonunda çəkilişdəyik. Bu veriliş müəllif layihəmdir. Azərbaycan tarixi, milli mətbəxi, mədəniyyəti, təbiətini əks etdirən və təbliğ edən verilişdir. Kifayət qədər tamaşaçı auditoriyası var.

Tamaşaçılar yaxın vaxtlarda “Xəzər TV”də olmasa da, başqa telekanalların birində verilişi izləyə biləcəklər”.

Aparıcı verilişin yayımının hansı səbəbdən dayandırılmasına belə aydınlıq gətirib: “Yeni format təklif olundu, qəbul etmədim. Ərizəmi yazıb, işdən çıxdım”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA