"Qoy müharibələr və qarşıdurmalar əbədi olaraq keçmişdə qalsın!" - Dini liderlər bəyanat yaydı
09-05-2020 [15:18]
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin üzv olduğu, Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində mərkəzləşən Dünya və Ənənəvi Dini liderləri Qurultayı təşkilatının Katibliyi bu gün Böyük Vətən Müharibəsində Faşizm və nasizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə bəyanat yayıb.
Mia.az-a daxil olan bəyanatda deyilir:
"Biz - insan müqəddəratının Allah tərəfindən müəyyən olduğuna, insan hüquqlarının və ləyaqətinin danılmaz olduğuna qəti inamla birləşmiş dünya və ənənəvi dinlərin nümayəndələri, bir daha sülh, harmoniya, qarşılıqlı hörmət, əməkdaşlıq və insan qardaşlığı ideyalarına sadiq olduğumuzu təsdiqləyirik.
Biz dünya dövlətlərinə və cəmiyyətlərə bəşəriyyətin ümumi rifahı naminə II Dünya Müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş faşizm və nasizm üzərində Qələbənin 75-ci ildönümünün, Anım və Sülh Gününün qeyd olunması ilə bağlı nəcib təşəbbüsünə görə dərin minnətdarlığımızı bildiririk.
Dövlətlərin konstruktiv səylərini, habelə Birləşmiş Millətlər Təşkilatının, digər müvafiq beynəlxalq və regional təşkilatların, vətəndaş cəmiyyətlərinin hər bir xalqın öz mənəvi dəyərləri və ideallarına riayət edərək yer üzünün bütün digər xalqları ilə rifah, sülh, qarşılıqlı hörmət və harmoniya içində yaşayacağı gələcək dünya nizamının yaradılması istiqamətindəki fəaliyyətini alqışlayır və dəstəkləyirik.
Əl-Əzhərin Baş İmamı Əhməd Məhəmməd əl-Tayyib və Roma Papası Fransisk tərəfindən 4 Fevral 2019-cu ildə Abu-Dabidə imzalanan “İnsani Qardaşlıq, Dünyada Sülh və Birgə Yaşayış” sənədinin, eləcə də 27-29 may 2019-cu il tarixdə Məkkədə keçirilmiş beynəlxalq konfransda müsəlman ilahiyyatçıları tərəfindən qəbul olunmuş Məkkə Bəyannaməsinin əsas müddəalarını dəstəkləyərək hesab edirik ki, silahlı münaqişəyə son qoymaq və insanların ümumbəşər dəyərləri olan həmrəylik və qayğıkeşlik ətrafında birləşməsi naminə dünyanın bütün nöqtələrində dərhal qlobal atəşkəsin təmin olunmasına yönəlmiş müdrik, ardıcıl və gələcəyə istiqamətlənmiş addımların atılması vaxtı artıq gəlib çatmışdır.
Dünya ictimaiyyətinin COVID-19 pandemiyası ilə apardığı mübarizə şəraitində və bütün dinlərin başlıca dəyərlərinə əsaslanaraq biz Roma Papası Fransiskin "humanitar yardım üçün marşrutlar, diplomatiya üçün aşkarlıq yaratmaq, eləcə də koronavirus pandemiyasına ciddi şəkildə məruz qalanlara diqqət yetirmək" çağırışı ilə həmrəy olduğumuzu bildiririk.
XXI əsrin ikinci onilliyinin sonunda bütün millətlərin, dövlətlərin başına gələn bəlaların və müsibətlərin beynəlxalq sülhə və təhlükəsizliyə qarşı təhdidləri və təhlükələri imanla, nizam-intizamla, həmrəyliklə, mənəvi meyarlara və yüksək etikaya, habelə mədəni, milli, dini və etnik tolerantlığı, müxtəlif mədəniyyətlərdən və ölkələrdən olan insanlar arasındakı qarşılıqlı anlaşma və dostluğu təmin edərək dəf etməyə kömək edə biləcəyinə dəlalət edən dərs olduğunun dərk edilməsi üçün Yaradana ürəkdən dua edirik.
Biz İkinci Dünya müharibəsi qurbanlarının xatirəsi qarşısında baş əyərək bəyan edirik ki, bəşəriyyətə hədsiz-hüdudsuz kədər gətirən bu müharibənin nəticələri müasir dövlət xadimləri və siyasi liderlər üçün, gələcək nəsillər üçün dərs olmalıdır.
On yeddi ildir ki, Nur Sultan şəhərində Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayı platformasında keçirdiyimiz görüşlər onu sübut edir ki, dini liderlər arasındakı dialoq bütün bəşəriyyət üçün ümumi olan dəyərlərin daha dərindən öyrənilməsinə və dərk edilməsinə töhfə verməyə qadirdir.
Biz müxtəlif sivilizasiyalar, mədəniyyətlər, dinlər və inanclar arasındakı konstruktiv dialoq və qarşılıqlı anlaşmanı ardıcıl olaraq dəstəkləməyə və təşviq etməyə hazırıq.
Bütün maraqlı tərəfləri dinc və ahəngdar məkanda yaşamaq, ümumbəşər dəyərlərinə arxalanaraq dini və mədəni plüralizmə, müqəddəs ibadət yerlərinə ehtiram nümayiş etdirmək üçün səyləri birləşdirərək davam etdirməyə, cəmiyyətlərin və xalqların regional və beynəlxalq səviyyədə ahəngdar şəraitdə yaşaması, xüsusən də dünyada, xüsusilə də dinlər arasında sabitliyin qorunması və möhkəmləndirilməsi naminə milli, irqi, dini zəmində nifrətin, diskriminasiyanın, düşmənçiliyin və zorakılığın təşviq edilməsinin qarşısını almağa çağırırıq.
Qoy müharibələr və qarşıdurmalar əbədi olaraq keçmişdə qalsın!
Allah dünyanın çiçəklənməsinə, bütün ölkələrdə firavanlığa, bizim mənəvi həmrəyliyimizə rəvac versin!".
Qeyd edək ki, bəyanatı Dünya və Ənənəvi Dini liderləri Qurultayı Katibliyinin üzvləri və tərəfdaşları imzalayıb.
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq