Koronavirus nə vaxtdan ortaya çıxıb? - Yeni iddia
06-05-2020 [10:58]
Fransada koronavirusa ilk yoluxan şəxs hələ dekabrın 27-də xəstəxanaya müraciət edib.
Bunu BFM TV-yə Bobinya şəhər xəstəxanasının baş reanimatoloqu İv Koen açıqlayıb.
Onun sözlərinə görə, həkimlər xəstəxanaya hələ dekabr və yanvar ayında müraciət edən pnevmoniya xəstələrinin analizlərini yenidən yoxlayıb. Nəticədə, Fransada koronavirusa ilk yolxuma faktının yanvarın sonu qeydə alınmasına baxmayaraq, 24 pasiyentdən 1-də - 43 yaşlı Amiruş Ammar adlı kişidə koronavirus testi pozitiv çıxıb. Bildirilir ki, xəstəxanaya dekabrın 27-də müraciət edən kişi epidemioloji baxmından arzuolunmaz heç bir ölkəyə səfər etməyib. Bununla birlikdə, həkim pasiyentlərin xəstəxanaya yerləşdirilməsi zamanı yalnızca qrip və koronavirusun başqa növlərinin testlərinin keçirildiyini bildirib:
“Ancaq o vaxt COVID-19-un testi hələ keçirilmirdi”.
Həkim A.Ammarın 15 gün xəstə qaldığını və uşaqlarını da yoluxdurduğunu vurğulayıb:
“Xəstəliyin mənbəyini araşdırarkən onun həyat yoldaşının Çin qaynaqlı suşi satanlarla yanaşı işlədiyini aşkarladıq. Ola bilsin o, xəstəliyi simptomsuz keçirib. Bunun təfərrüatını digər qurumlar incələməlidir”.
Həkimin sözlərinə görə, əsas məsələ xəstəxanaya müraciət etmiş 43 yaşlı Bobinya sakininin ölkədə ilk yoluxma koronavirus xəstəsi olub-olmamasıdır:
“Bunu öyrənmək üçün bütün ölkə üzrə pasiyentlərin pnevmoniya analizlərini yenidən incələmək lazımdır”.
Qeyd edək ki, ilk yoluxma halları barədə məlumat epidemiyanın gedişatını anlamaq üçün vacibdir.
Bu xəbərdən sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi Kristian Lindmayer ölkələrin səhiyyə qurumlarını xəstəxanaların kartotekalarını yenidən gözdən keçirməyə səsləyib. O, xüsusilə dekabr və noyabr aylarındakı pasiyentlərin analizlərini araşdırmağa çağırıb. K.Lindmayerin sözlərinə görə, qəbul edilmiş beynəlxalq praktikaya əsasən, həkimlər atipik və ya qeyri-müəyyən pnevmoniyaların nümunələrini saxlayırlar.
BBC-nin məlumatın görə, Fransadakı hadisə ilə bağlı ölkənin Səhiyyə Nazirliyi araşdırmaya başlayıb.
Bununla belə, Fransa erkən yoluxma faktlarının qeydə alındığı ilk ölkə deyil. 2 həftə öncə Kaliforniyada aparılan araşdırmada ABŞ-da koronavirusdan ölüm faktlarının hələ fevralın əvvəli və ortasında olduğunu müəyyənləşdirib. Buna baxmayaraq, ölkədə rəsmi ilk ölüm faktı fevralın 26-sı qeydə alınıb. Bundan başqa, bir neçə həftə öncə eyni ştatın Santa-Klara dairəsində 3,3 min yerli sakində koronavirusa qarşı antikorun olub-olmamasını araşdırmaq üçün nümunələr alınıb. Hesablamaya görə, eksperimentdə iştirak etmiş 2,5% - 4,2% insanda koronavirusa qarşı antikorun ola biləcəyi qənaətinə gəlinib:
“Bu yayılma göstəriciləri aprelin əvvəlinədək 48 mindən 81 minədək insanın bu dairədə yoluxduğunu əks etdirir. Bu da dairədə qeydə alınmış yoluxma hallarının sayında 50-85 dəfə çoxdur”.
Qeyd edək ki, hələ aprelin 9-da Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Azərbaycanda pandemiyanın başlanğıc tarixinin daha öncə olması ehtimalını vurğulamışdı.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 258 mindən çoxu isə ölüb.
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb