Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05-05-2020 [00:01]
Qoç - Bütün gün ərzində müsbət tendensiyaların təsiri güclü olacaq, bundan maksimum yararlanmağa çalışın. Səhər çağı inad, şöhrətpərəstlik kimi xüsusiyyətlər özünü daha qabarıq büruzə verəcək. Bu dövrdə sizin nöqteyi-nəzərinizi bölüşməyən insanlarla ünsiyyət qurmağa çalışın, bu gün onları fikirlərindən asanlıqla döndərə biləcəksiniz.
Buğa - Məlahət və cazibəniz "hakimiyyəti ələ alacaq". Buz kimi ürəkləri belə əritməyə qadir olacaqsınız. Nə zamansa eşq macərası yaşadığınız biriylə görüş mümkündür. Əgər istəsəniz, keçmiş əlaqənizi bərpa edə bilərsiniz, ikinci dəfə birincidən daha yaxşı alınacaq.
Əkizlər - Günün əvvəlində çətinliklər yarana bilər. Ətrafınızda baş verən hər şeyə çox sərt reaksiya verir, əhəmiyyətsiz məsələləri şişirdirsiniz. Yaxın qohumlarınızla fikir ayrılığı, pul və ya əmlak üstündə mübahisələr mümkündür. Ortaq məxrəcə gəlmək çox çətindir - siz sadəcə olaraq bir-birinizi dinləmirsiniz.
Xərçəng - Müsbət tendensiyaların təsir gücü artmağa başlayır. Xoş xəbərlər, maraqlı təkliflər alacaqsınız. İmprovizədən qorxmayın. Yeni ideyalar yaxşıdırlar, onları vaxtında tətbiq etməyə çalışın.
Şir - Bu gün dəfələrlə təkid etməli olacaqsınız. İnsanlara nəinki hərtərəfli yaxşı insan, həmçinin güclü şəxsiyyət olduğunuzu nümayiş etdirəcəksiniz. Öz bildiyiniz kimi hərəkət etmək elə də asan deyil, amma bunsuz can atdığınız nəticələri əldə etmək mümkün deyil. Çox yaxın hesab etdiyiniz biri ilə mübahisəniz ola bilər. Tez barışacaqsınız, amma inciklik içinizdə uzun müddət qalacaq.
Qız - İşgüzar və enerjilisiniz. Gücünüz aşıb-daşır və bəzən ətrafınızdakıları da qorxudur. Ailədə münaqişə, yaşlı qohumlarınızla fikir ayrılığı mümkündür. Uşaqlarla ünsiyyətdə bir az səbrli olun, onlar sizin məzəmmətlərinizə çox sərt reaksiya verə bilərlər.
Tərəzi - Ciddi maliyyə problemləriniz ola bilər. Ailə büdcəsini, əmlak bölüşdürülməsini bu gün müzakirə etməsəniz, məsləhətdir. Köçmək üçün də münasib gün deyil. Səhərçağı xoşagəlməz xəbər ala bilərsiniz. Sonra situasiya aydınlaşacaq və elə də qorxulu olmadığı aşkar olacaq.
Əqrəb - Dəyər verdiyiniz insanlarla, dostlarınızla birlikdə istirahət etməyə çalışın. Romantik görüşlər üçün də xoş axşamdır. Əsas odur ki, ürəyinizcə olanı edəsiniz. Başqalarının təklif etdiyi, amma xoşunuza gəlməyən əyləncələrdən isə uzaq qaçın, belədə, bir çox problemdən yaxa qurtara bilərsiniz.
Oxatan - Sizin peyda olduğunuz bütün yerlərdə çox gözəl, mehriban ab-hava yaranır. Ancaq bəzi qərarları verərkən çox tələsirsiniz. Bura xüsusilə pul və qiymətli əşyalarla bağlı məsələlər aiddir. Bəzən əliaçıqlığınız bədxərclik həddini də keçir.
Oğlaq - Maraqlandığınız adamlarla ünsiyyət qurmaq istəyirsinizsə, axşama doğru onları başınıza toplayın. Həm evinizdə qonaq qəbul edə, həm də özünüz kimisə evinə qonaq getməklə sevindirə bilərsiniz. İstənilən halda, gözəl vaxt keçirəcəksiniz.
Dolça - Sizin nikbinliyiniz əla zireh və əvəzolunmaz silahınızdır. Onun köməyilə istənilən maneəni dəf edə bilərsiniz. Bu gün nəinki işgüzar, hətta demək olar ki, döyüşkən ruha köklənmisiniz. Odur ki, sizin rəqiblərinizə və düşmənlərinizə ancaq təəssüf etmək qalır. Hansısa irimiqyaslı və uzunmüddətli layihəyə başlamaq məsləhətdir.
Balıqlar - Yaxşı gündür. Çoxdankı arzularınız yerinə yetir, mümkün olmayan hər şey reallaşır. Səhvlərinizi asanlıqla aradan qaldırır, yaxşılığa doğru dəyişikliklərin təşəbbüskarı olursunuz. Gələcəyə nikbinliklə baxır və ətrafınızdakıları da optimizmə "yoluxdurursunuz".
Milli.Az
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb