AŞPA Azərbaycan nümayəndə heyətinin tərkibini və səlahiyyətlərini təsdiqlədi - Siyahı

img

30-04-2020 [18:14]


Bu gün Avropa Şurası Daimi Komitəsinin onlayn formatda iclası keçirilib.

Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Asim Mollazadə bildirib.

A.Mollazadə deyib ki, onlayn iclasda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibi və səlahiyyətləri təsdiqlənib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov (nümayəndə heyətinin rəhbəri), Kamal Cəfərov (nümayəndə heyəti rəhbərinin müavini), Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA