Spiker: "Belə hadisələrə dözümlülük göstərmək olmaz"
07-05-2020 [15:32]
“Faşist ideologiyasının artıq bitdiyi və bunun bir daha baş verməyəcəyi kimi görünürdü. Ancaq, təəssüf ki, tarixin təhrif edilməsi ilə yanaşı, faşizmin və onun əlaltılarının qəhrəmanlaşdırılması prosesini də görürük. Məsələn, Ermənistanda Qaregin Njdeyə milli qəhrəman kimi abidə qoyulması həyəcanlandırmaya bilməz. Hesab edirik ki, belə hadisələrə dözümlülük göstərmək olmaz, çünki faşizm bütün bəşəriyyət tərəfindən pislənilib”.
Bunu II Dünya müharibəsindəki Qələbənin 75 illiyinə həsr olunmuş, onlayn formatda keçirilən yüksək səviyyəli parlament konfransında Milli Məclisin Sədri Sahibə Qafarova deyib.
Milli Məclisin Sədri həmçinin Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbəyə verdiyi töhfələrdən danışıb: “Bu günlərdə ölkəmiz hamımız üçün əlamətdar və çox vacib olan tarixi günü - Qələbə Gününü qeyd edir. Həyatlarını qurban vermiş insanları minnətdarlıqla və məhəbbətlə xatırlayırıq. Ölkəmin, Azərbaycanın bu qələbədəki töhfəsini qiymətləndirmək çətindir. SSRİ-də haqlı olaraq əsas yanacaq təchizatçısı hesab olunan Azərbaycan Qırmızı Ordunun ən güclü arsenallarından birinə çevrildi. Müharibə illərində Azərbaycan ön cəbhəyə 75 milyon ton neft göndərib, böyük qələbənin əldə edilməsində böyük rol oynayıb. Alman qoşunlarının məğlub edilməsində Azərbaycanın azadlıq diviziyaları da xüsusi rol oynayıblar. Azərbaycanın 130-dan çox nümayəndəsi “Sovet İttifaqı Qəhrəmanı” mükafatına layiq görülüb”.
Qeyd edək ki, mayın 7-də “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun iştirakı ilə Böyük Qələbənin 75 illiyinə həsr olunmuş yüksək səviyyəli parlament onlayn-konfransı keçirilib. Videokörpüdə iştirak etmək üçün MDB ölkələrinin, Mərkəzi və Şərqi Avropa ölkələrinin parlamentlərinin rəhbərləri və nümayəndələri, Avropa Parlamentinin deputatları, tanınmış siyasi və ictimai xadimlər dəvət edilib/Report.
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir