"Ona gecikmədən lazımi cavab verilməlidir" - Rəsmi Ankaradan Haftarın Liviyanı nəzarətə götürməsi haqda bəyanatına reaksiya

img

29-04-2020 [11:46]


Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Liviya Milli Ordusunun rəhbəri, general Xəlifə Haftarın aprelin 27-də Liviyanı nəzarətə götürməsi haqda dediklərinə münasibət bildirib.

Türkiyə XİN-dən verilən məlumata görə, Haftarın Liviyanı nəzarətə götürməsi haqda açıqlaması onun ölkədəki böhranın siyasi dialoq yolu ilə həll edilməsində maraqlı olmadığını, Berlin sammitinin nəticələri də daxil olmaqla, bu istiqamətdə beynəlxalq səyləri dəstəkləmədiyini və ölkədə hərbi diktatura qurmağı qarşısına məqsəd qoyduğunu bir daha nümayiş etdirib.

Qeyd olunub ki, X. Haftar bir ildən çoxdur Liviyada vəziyyətin daha da pisləşməsinə səbəb olub.

“Liviyada xunta rejimi qurmaq niyyətində olduğu artıq heç kimdə şübhə doğurmayan bu şəxsə beynəlxalq ictimaiyyət tərəfindən gecikmədən lazımi cavab verilməlidir. Türkiyə Liviya Milli Razılaşma Hökuməti və digər legitim qurumların qorunması üçün qardaş Liviya xalqının yanında olmağa və siyasi həll yollarını dəstəkləməyə davam edəcək”, - deyə Türkiyə XİN-dən bildirilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR