Ombudsmanın nümayəndələri Əvəz Zeynallı ilə görüşüblər

img

03-10-2013 [16:30]


Oktyabrın 3-də Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində olublar. Aparatın mətbuat xidmətindən "Media forum” saytına verilən məlumata görə, nümayəndələr bir neçə məhkumla, o cümlədən "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüblər.

Məhkumlarla fərdi qaydada aparılan söhbət zamanı onlar saxlanma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı şikayət etməyiblər.

Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-də tutulan Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA