Azərbaycanlı model Günay Musayevanın Türkiyədəki evinə oğru girib

img

03-10-2013 [16:21]


Türkiyədə yaşayan və aktyor Tolqa Karellə evli olan azərbaycanlı model Günay Musayevanın evi oğrular tərəfindən soyulub. Bu barədə Türkiyə mediası xəbər yayıb.

Xəbərdə bildirilir ki, dünən gecə bir ziyafətdə olan Karel-Musayeva cütlüyü Bəylərbəyi səmtindəki evlərinə gec saatlarda gəliblər və bir müddətdən sonra yuxuya dalıblar. Səhər oyandıqlarında cütlük qızıl-zinət əşyalarının saxlandığı kassanın boş olduğunu görərək soyulduqlarını anlayıblar və polisə müraciət ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA