ABŞ-ın neft şirkəti böyük məbləğdə zərər edib

img

22-04-2020 [17:35]


ABŞ mərkəzli beynəlxalq neft-qaz servis şirkəti “Baker Hughes”un bu ilin I rübündə 10,21 mlrd. ABŞ dolları məbləğində zərəri olub.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Şirkət ötən ilin I rübündə isə 32 mln. ABŞ dolları məbləğində mənfəət əldə etmişdi.

“Baker Hughes” şirkətinin I rüb üzrə gəliri isə gözləntilərdən az -  5,43 mlrd. ABŞ dolları təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 3% azdır.

Şirkət daha əvvəl 2020-ci il üzrə xərclərini ötən illə müqayisədə 20% azaldacağını bildirmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA