Avropa İttifaqında büdcə kəsiri artıb

img

22-04-2020 [16:13]


Ötən il Avropa İttifaqında (Aİ) büdcə kəsirinin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 2018-ci illə müqayisədə 0,2% bəndi artaraq 0,6%-ə yüksəlib.

Bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) hesabatında məlumat verilib.

Bildirilir ki, eyni dövrdə Avrozonada isə büdcə kəsirinin ÜDM-ə nisbəti 0,1% bəndi artaraq 0,6% təşkil edib.

Məlumata görə, analoji dövrdə Aİ-yə üzv ölkələr arasında ən yüksək büdcə kəsiri Rumıniya (4,3%) və Fransada (3%), ən yüksək büdcə profisiti isə Danimarka (3,7%), Lüksemburq (2,2%) və Bolqarıstanda (2,1%) qeydə alınıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA