Səudiyyə Ərəbistanı geri çəkildi: "OPEC+ formatında neftin qiymətləri ilə bağlı addımlar atmağa hazırıq"

img

21-04-2020 [20:09]


Səudiyyə Ərəbistanı OPEC+ formatının digər iştirakçıları ilə birgə neftin qiymətlərini tənzimləmək üçün əlavə addımlar atmağa hazırdır.

“Report” SPA-ya istinadən xəbər verir ki, bu barədə hökumətin açıqlamasında bildirilir.

Qeyd edək ki, aprelin 12-də OPEC+ formatının iştirakçı ölkələrinin iqtisadiyyat nazirləri cari ilin may-iyun aylarında hasilatı 9,7 milyon barel azaltmaq barədə razılığa gəliblər.

Xatırladaq ki, mart ayının 6-da OPEC+ ölkələrinin görüşü zamanı hasilatın ikinci rübdə əlavə olaraq 1,5 milyon barel azaltmağa dair yekdil razılığa gələ bilməməsindən sonra bazarda sabitsizlik başlamış, neft birdən-birə 30 faiz ucuzlaşmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA