Karantin rejimini pozaraq futbol oynayan 7 nəfər cərimələndi

img

21-04-2020 [11:52]


Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Masallıda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər. 

Belə ki, epidemiya əleyhinə rejimin qaydalarını pozan 7 nəfər Masallı sakininin rayonun Binə Xocavar kəndi ərazisində futbol oyunu təşkil etdikləri aşkarlanıb. 

Həmin şəxslər Masallı Rayon Polis Şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA