Azərbaycanda sosial dəstək proqramlarının əhatəsi genişləndiriləcək

img

20-04-2020 [23:56]


"190 manatlıq birdəfəlik ödənişin verilməsi ölkədə tətbiq edilən yeni proqramdır. Bununla yanaşı, ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi də yeni təşəbbüsdür".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev AzTV-nin “Hədəf” verilişində bildirib. 

"Apreldən ölkədə 10 min ailə ünvanlı sosial yardım proqramına cəlb edilib. Sosial dəstək proqramlarının icrasını bundan sonra da təmin edəcəyik, üstəlik həmin proqramların əhatə dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər hazırlamışıq, qısa müddət ərzində hökumətə təqdim edəcəyik”, - deyə o, qeyd edib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA