Maşın qaçıran Xırdalan sakinləri saxlanıldı

img

18-04-2020 [15:52]


Aprelin 17-nə keçən gecə Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini M.Qarayevə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri E.İbadov və qardaşı Nəqliyyatda Baş Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsiin Keşlə Xətt Polis Məntəqəsi və Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıblar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA