Bakıda polis maşınının üzərinə çıxan şəxs həbs edildi

img

17-04-2020 [19:46]


Sosial şəbəkələrdə yol polisinin xidməti avtomobillərinin üzərinə çıxan şəxslə bağlı məhkəmənin hökmü ilə inzibati tənbeh tədbiri tətbiq edilib.

Məlumata görə, fotoşəkillər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra Nərimanov Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nəsimi rayon sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayev müəyyən olunaraq saxlanılıb.

Nərimanov RPİ-də N.Mustafayev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. 

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA