İmişlidə 15 yaşlı şəxs həmkəndlisini bıçaqladı

img

17-04-2020 [17:57]


İmişlidə bıçaqlanma hadisəsi baş verib.

Hadisə saat 16 radələrində rayonun Gövhərli kəndində qeydə alınıb.

Belə ki, həmkəndlilər arasında yaranan mübahisə zamanı Gövhərli kənd sakini, 2005-ci il təvəllüdlü M.C 2004-cü il təvəllüdlü N.R-ya bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılaraq, lazımi tibbi yardım göstərilib.

Yaralının vəziyyətinin yaxşı olduğu bildirilir.

Araşdırmalar aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR