AXCP üzvü niyə saxlanılıb? - Rəsmi açıqlama

img

14-04-2020 [16:47]


AXCP funksionerləri partiyanın üzvü Baba Süleymanovun qanunsuz həbs edilməsi ilə bağlı sosial şəbəkələr vasitəsi ilə xəbərlər yayılıb. 

Bununla əlaqədar DİN-in Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, burada qanunsuz həbs barədə səslənən iddialar tamamilə əsassızdır və qərəzdən irəli gələn bir dezinformasiyadır:

"Bakı şəhər sakini Süleymanov Baba tətbiq edilmiş xüsusi karantin rejimini pozduğu üçün saxlanılıb, barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim olunub və məhkəmənin hökmü ilə inzibati qaydada həbs olunub.

Yeri gəlmişkən qeyd edək ki, xüsusi karantin rejimini pozduqlarına görə təkcə mart ayı ərzində 160 nəfərdən çox şəxs inzibati qaydada həbs edilib. AXCP üzvünün qanunsuz həbs edilməsi iddiasına gəldikdə isə qeyd olunmalıdır ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabədir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA