Bu partiyalar bəyanat yaydı - MƏTN
17-04-2020 [12:14]
Azərbaycan Respublikasınını Milli Məclisində təmsil olunan siyasi partiyalar COVİD-19 pandemiyasının qarşısının alınması və sosial-iqtisadi fəsadlarının aradan qaldırılması tədbirləri ilə əlaqədar bəyanat imzalayıblar.
Mia.az xəbər verir ki, bəyanatı Yeni Azərbaycan Partiyası, “Ana Vətən” Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Demokratik Maarifçilik Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası imzalayıblar.
Bəyanatda deyilir:
"Biz, bu bəyanatı imzalayan siyasi partiyalar COVİD-19 pandemiyasının bütün dünyada tuğyan etdiyi, yüz minlərlə insanın həyatını itirdiyi, pandemiyanın nəticəsində son onilliklərin ən dərin böhranının meydana gəlməsi təhlükəsinin yarandığı, sosial və iqtisadi həyatın çox ciddi təsirlərə məruz qaldığı, pandemiyanın fəsadlarının Azərbaycanda da özünü göstərdiyi bir zamanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, meydana çıxan sosial-iqtisadi problemlərin aradan qaldırılması sahəsində ölkəmizdə həyata keçirilən kompleks və qabaqlayıcı tədbirlərin əhəmiyyətini və onların müsbət nəticələrinin əldə olunmasında siyasi partiyaların məsuliyyətini dərk edərək, milli birliyin və həmrəyliyin daha da möhkəmləndirilməsinin xüsusi əhəmiyyətini vurğulayaraq, aşağıdakıları bəyan edirik:
1. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə və rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən həyata keçirilən:
a) COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirləri;
b) virusa yoluxma hallarının və təhlükəsinin azaldılması məqsədilə hərəkətin məhdudlaşdırılması və xüsusi karantin rejiminin tətbiqini;
c) xəstəliyə yoluxanların müalicəsinin təşkili ilə əlaqədar operativ və kompleks işləri;
d) sərhədlərin bağlanması nəticəsində xarici ölkələrdə qalmış çoxsaylı Azərbaycan vətəndaşlarının, o cümlədən xaricdə təhsil alan tələbələrin dövlət hesabına vətənə qaytarılmasını;
e) əhalinin həssas təbəqələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində əlavə tədbirləri;
f) aztəminatlı ailələrin üzvləri olan və ödənişli təhsil alan tələbələrin pandemiyaya qarşı mübarizə dövründə təhsil haqqını ödəməkdən azad edilməsini;
g) pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlər nəticəsində əmək fəaliyyətini dayandırmış işçilərin sosial müdafiəsi ilə əlaqədar dövlət dəstəyi proqramını;
h) fəaliyyətini müvəqqəti dayandırmış kiçik və orta sahibkarlara dəstək çərçivəsində həyata keçirilən layihələri;
i) iqtisadiyyatın bütün sahələrinin pandemiyanın mənfi təsirindən qorunması istiqamətində çoxşaxəli proqramların işlənib hazırlanmasını;
j) makroiqtisadi sabitliyin qorunması yönündə görülən kompleks tədbirləri;
k) pandemiyaya qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün böyük həcmdə dövlət vəsaitinin ayrılmasını;
l) COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə əhalinin səfərbər olunmasını, o cümlədən “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun təsis edilməsini;
m) azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş yaşı 65-dən yuxarı olan 176 nəfərin Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə əfv olunmasını müsbət qiymətləndiririk.
2. Təmsil olunduğumuz təşkilatların üzvlərini:
a) hökumətin həyata keçirdiyi zəruri və təxirəsalınmaz qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə etimadla yanaşmağa, müəyyən edilmiş karantin rejiminə tam riayət etməyə;
b) koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində sosial məsuliyyət nümayiş etdirməyə;
c) pandemiyaya qarşı mübarizənin vacib şərti olan milli birlik və həmrəylik çağırışlarına qoşulmağa;
d) təşkilat vəzifələrinin yerinə yetirilməsi məqsədilə istənilən toplantılardan imtina etməyə, partiyadaxili fəaliyyətdə və ünsiyyətdə yalnız müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməyə səsləyirik.
3. Əhali arasında təşviş yaratmaq məqsədilə sosial şəbəkələrdə koronavirus xəstəliyi ilə əlaqədar şaiyələrin, təxribat xarakterli məlumatların yayılmasını qətiyyətlə pisləyir və müvafiq səlahiyyətli orqanlar tərəfindən belə hallara qarşı qanun çərçivəsində ən ciddi tədbirlərin görülməsini xahiş edirik.
4. Xarici ölkələrdə yerləşdirilmiş və şübhəli məqsədlərə xidmət göstərən sosial media vasitələrində hökumətin COVİD-19 pandemiyasının qarşısının alınması sahəsində tədbirlərinə etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da əhalinin sağlamlığının qorunması vəzifələrinin yerinə yetirilməsinə bilərəkdən ziyan vuran təbliğatı qətiyyətlə pisləyir, bu cür təhlükəli antiazərbaycan təbliğatına son qoyulmasını tələb edirik.
5. Koronavirusla mübarizə sahəsində zəruri məhdudlaşdırıcı tədbirlərin tərkib hissəsi kimi xüsusi karantin rejiminin tətbiq edilməsinin və onun insanların sağlamlığına ciddi təhlükə yaradılmasına səbəb olan kobud qanun pozuntusuna görə sanksiyalar tətbiq edilməsinin bəzi qruplar tərəfindən bilərəkdən siyasiləşdirilməsini yolverilməz hesab edirik.
6. Koronavirus xəstəliyinin yaratdığı indiki durumdan siyasi təbliğat məqsədləri üçün istifadə olunmasına, pandemiyanı siyasi mübarizə alətinə çevirmək, pandemiyadan milli maraqlardan uzaq, dar siyasi niyyətlər naminə faydalanmaq cəhdlərinə qəti etirazımızı bildirir, bu cür cəhdləri siyasi mədəniyyət və etika normaları ilə bir araya sığmayan hərəkət kimi qiymətləndiririk.
7. Bütün siyasi partiyaları, ictimai təşkilatları və vətəndaş cəmiyyəti qurumlarını COVİD-19 pandemiyasının və onun yarada biləcəyi sosial-iqtisadi nəticələrin tezliklə aradan qaldırılması naminə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirləri dəstəkləməyə, həmin tədbirlərin uğurla həyata keçirilməsinə öz imkanları daxilində kömək göstərməyə dəvət edirik".
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür