Şəmkirdə məktəb direktoru yol qəzasına düşdü, ölənlər var 

img

13-04-2020 [21:36]


Şəmkirdə "VAZ" markalı avtomobil yük maşını ilə toqquşub. 

Məlumata görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "VAZ" zərbənin gücündən yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə zamanı 2 nəfər ölüb. Onlardan biri Şəmkir rayonunda fəaliyyət göstərən məktəblərdən birinin Eyvaz adlı (soyadı dəqiqləşdirilir -red) direktorudur. 

Hadisə zamanı habelə daha bir nəfər - Xaqani (soyadı dəqiqləşdirilir - red) adlı şəxs xəsarət alıb.  

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA