APA əməkdaşının evi qarət edildi

img

30-09-2013 [15:15]


"APA Holding” MMC-nin əməkdaşı, APA TV-nin baş produseri Ülkər Qasımovanın evi qarət edilib.

Bu barədə APA-ya Ülkər Qasımova özü məlumat verib. Onun sözlərinə görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 63, mənzil 143 ünvanında yerləşən evdə sentyabrın 21-dən 29-dək heç kim olmayıb. Evdə heç kimin olmamasından istifadə edən naməlum şəxslər mənzilə daxil olaraq 2400 ABŞ dolları, 200 avro, 3100 manat və qızıl-zinət əşyaları oğurlayıblar.

Zərərçəkən hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin "102” xidmətinə məlumat verdiklərini və hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən araşdırmalara başlandığını qeyd edib.

Hadisə yerinə baxış keçirən polis əməkdaşları zəruri ekspertizaların həyata keçirilməsi üçün bəzi nümunələr götürüblər.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA