"Koronavirus iqtisadi artımın, eləcə də qeyri-neft sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq" - Hesablama Palatası
07-04-2020 [14:30]
Bu il pandemiyanın sürətlə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi və kütləviləşdirilməsi iqtisadi artımın, eləcə də büdcəyə daxil olması planlaşdırılmış qeyri-neft sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq.
Mia.az xəbər verir ki, bunu “Azərtac”a müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, pandemiya ilə mübarizə istiqamətində atılan addımlar artıq büdcə xərclərinin strukturunun dəyişməsinə səbəb olacaq və bu da, öz növbəsində, dövlət büdcəsi haqqında qanuna yenidən baxılmasını zəruri edir: "Hesablama Palatasının onlayn rejimdə struktur şöbələrlə bu barədə müzakirələr aparılıb və təkliflərimizi həftənin sonuna qədər Nazirlər Kabinetinə təqdim etməyi planlaşdırırıq. Hər bir təklifin mümkün qədər əsaslandırılmasına çalışacayıq.
Büdcəyə yenidən baxılması prosesində neft sahələrindən gəlirlər, həmçinin əmlak vergisi və torpaq vergisi istisna olmaqla digər vergi növləri üzrə proqnoz göstəricilərin yenidən hesablanması vacibdir. Bu zaman zərərçəkən və gəlirləri artan sahələrin mütləq qaydada nəzərə alınması lazımdır.
Gəlir imkanlarının məhdudlaşması və xərclərin artımı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş büdcə qaydasının tətbiqinin də müvəqqəti olaraq dayandırılması məsələsini aktuallaşdırır. Ümumiyyətlə, fiskal intizamın ən kəskin keşikçilərindən hesab olunan ali audit orqanları belə cari şərtlərdə bu intizamın bir qədər yumşaldılması tərəfdarlarındandır".
“Azərbaycan nümunəsində büdcə xərclərinin ünvanlılığının artması – daha həssas qruplara davamlı olaraq müavinətlərin verilməsi (hətta pandemiya bitdikdən sonra) ilk addımlardan olacaq. Pandemiyanın nə qədər müddət davam edəcəyini və tam fəsadlarının miqyas olaraq qiymətləndirmək çətindir. Həssas qruplar davamlı olaraq əziyyət çəkdiyi üçün bu tədbirlər müntəzəm xarakter alacaq”, – V.Gülməmmədov bildirib.
O, vurğulayıb ki, cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir. Xüsusilədə büdcə sektorunda çalışan (sosial sahədə çalışan) işçilərin maliyyələşdirilməsi davam edəcək:
"Dövlət büdcəsinə yenidən baxılan zaman cari xərclərin həcminin bu ilin birinci rübü səviyyəsində saxlanılmasına da diqqət yetirməliyik. İnvestisiya xərclərinin daxili borclanma hesabına icra edilməsi, həmçinin əsaslı xərclərin yalnız məşğulluğu davamlı olaraq təmin edəcək (zavod, fabrik və sair) layihələrin maliyyələşdirilməsinə yönəldilməsi, həmçinin vəsaitlərdən səmərəli və nəticəli istifadənin daha da qabarıq şəkildə təbliği cari şərtlərdə aktualdır. Çünki hazırkı şəraitdə iqtisadi artım və məşğulluq balansı büdcə modelinin gələcəyi hesab edilir.
Təkliflərimizdən biri də real sektorda azad rəqabətin və özünüreallaşdırmanın daha da artırılması baxımından dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının yenilənməsi və onlara əməl olunmasına nəzarətin gücləndirilməsi, müsabiqə proseslərinin tam elektron qaydada aparılması imkanlarının da mərkəzləşdirilmiş qaydada tənzimlənməsi ilə bağlıdır.
Bundan başqa, gözlənilməz və sosial-iqtisadi əhəmiyyətə malik xərclərin maliyyələşdirilməsi məqsədi daşıyan ehtiyat fondların həcminə qanunvericiliklə nəzərdə tutulan sərhədlərin müvəqqəti olaraq genişləndirilməsi məsələsinə də baxıla bilər.
Prezident tərəfindən büdcə xərclərinə yenidən baxılması istiqamətləri konkret olaraq səsləndirilib. Ölkə başçısının göstərişlərinin yetirilməsi investisiya xərclərinin prioritet istiqamətlər saxlanılmaqla azaldılması və strukturunun dəyişməsi, büdcə təşkilatlarının “evdə qal” prinsipindən “qənaətlə xərclə” prinsipinə keçirilməsini nəzərdə tutur. Eyni zamanda, bütün xərc istiqamətlərinin sərt qənaət prinsipləri ilə icrası bir zərurətdir. Düşünürük ki, minimum sosial standartlara yenidən baxılması zərurəti yaranacaq.
Hazırkı şərtlər dövlət borcunun da diqqətdə saxlanılmasını tələb edir. Fikrimizcə, xarici borcların Dövlət Neft Fondunun büdcəyə nəzərdə tutulan transfertləri hesabına ödənilməsi bu borcu daha az “təhlükəli” edər. Yeri gəlmişkən, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın yeni prioritetlər və şərait nöqteyi-nəzərindən yenidən işlənilməsi, formalaşan yeni risklərin bu Strategiyada nəzərə alınması da bir zərurətə çevrilib.
Ümumiyyətlə, belə bir şəraitdə dövlətin büdcə vasitəsilə iqtisadiyyata müdaxiləsi imkanlarının genişləndirilməsi gələcəkdə iqtisadi artımın təmin edilməsinə xidmət göstərmiş olacaq. Belə yanaşma Azərbaycan Prezidentinin tapşırıqlarının müvəffəqiyyətli icrasını da təmin etmək imkanlarını artırar".
Mikayıl Cabbarov: "Fədakar əməyiniz üçün təşəkkür edir və..."
Gürcüstanda etiraz aksiyasının təşkilatçıları saxlanılıb
Bakıda qardaş iki bacısını bıçaqlayıb
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xalq artisti Rasim Balayevin nəvəsinin toyundan - VİDEO
Türkiyə derbisində iki qol, bir qırmızı kart... - "Qalatasaray" - "Beşiktaş" oyunu bitdi (Yenilənib)
Tramp HƏMAS-ı növbəti dəfə hədələyib: "Cəld ol, yoxsa..."
"Qarabağ" "Kəpəz"i məğlub etdi
Xəzər dənizində suyun səviyyəsinin düşməsində Rusiya izi... - TƏHLİL
Milli komandaya baş məşqçi təyinatı olub
Millimiz Rusiyaya məğlub olub
"Onlar demədi ki, məmurlardan kiminsə qapısını döyüm" - Sabiq nazir övladlarından danışdı (VİDEO)
"Bu suallara cavab vermək istəmirəm" - Cabir İmanovun atası və dostundan iddialara maraqlı reaksiya
Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb
Oqtay Şirəliyevlə vida mərasimi... - Baş nazir və nazirlər mərasimdə + FOTOLAR (Yenilənib)
Ukraynada dron hücumunda azərbaycanlı həlak olub
Nəsimi rayoununda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Azərbaycanı millisi bürünc medal qazanıb
İrandan dəniz yolu ilə ölkəmizə 510 kiloqram keçirməyə cəhd olunub
"Tağıyev: Sona" filminin təqdimatı oldu - Arzu Əliyeva və dövlət rəsmiləri tədbirdə + FOTOLAR
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyev iki bankın idarə edilməsi barədə fərman imzaladı - DƏYİŞİKLİK
Sabah hava necə olaacq? - Proqnoz
Prezident onların maaşını artırdı - Sərəncam
BU TƏLƏBƏLƏRƏ PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Sərəncam
Polkovnik Fuad Qasımov vəzifədən çıxarılıb
HƏMAS GERİ ÇƏKİLDİ, İSRAİL QƏZZADA SAVAŞI DAYANDIRDI: "İşğal planını saxladıq, bundan sonra..."
Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilir
Kür çayında bir nəfər boğulub
Alim Qasımov Kanadada konsert verib
DİN: "Bakıda qəzada üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır"
Prezidentdən Cəbrayılla bağlı paylaşım - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rüşvət ittihamı ilə tutulan bələdiyyə sədri CHP-dən istefa verdi: "Məni gözdən çıxardılar"
"Neftçi" "Zirə" ilə heç-heçəyə razılaşıb
TRAMP ONLARA VAXT QOYDU: "İndiyə qədər görülməmiş qiyamət qopacaq"
"Bakcell" "İnnovasiyalar və süni intellekt" konfransının əsas tərəfdaşı oldu - FOTOLAR
Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs olunub
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
General-mayor Baba Salayevə birinci müavin təyin edilib
Dövlət Agentliyində traybalizm: qudaların eyni qurumda başqa vəzifələri də varmış (FOTO)
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib
Qəzzada aclıq: ölənlərin sayı 457-yə yüksəldi