Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-04-2020 [00:01]
Qoç - Gün xoş tanışlıqlar, maraqlı söhbətlər, şəxsi həyatınızda yaxşı dəyişikliklər vəd edir. İnsanları yaxşı başa düşür, yeni tanışlarınızı düzgün qiymətləndirir, məhz lazım olan adamlarla maraqlanırsınız. Bir çox Qoçlar bu gün gələcəklərini təyin edəcək qərarlar verəcəklər.
Buğa - ətrafınızdakılarla münasibətlərdə maraqlı təzad yaranır: insan sizə nə qədər yaxındırsa, onunla dil tapmaq bir o qədər çətindir. Təsadüfi tanışlarla isə çox tez qaynayıb-qarışırsınız.
Əkizlər - ailə üzvlərinizlə münaqişələr gözlənilir: yaxınlarınız sizi başa düşmürlər. Sizin qanınız qaralır və neqativ emosiyalarınızı büruzə verirsiniz. Gənc Əkizlər düşünülməmiş hərəkətlərə meyllidirlər.
Xərçəng - bu gün xırda anlaşılmazlıq və fikir ayrılıqları olacaq. Bunlar hamısı işləməyinizə, məqsədə doğru getməyinizə və planlarınızı reallaşdırmağa ciddi mane olur. Siz başqalarının işinə yarınmağa çalışır və unudursunuz ki, sizin tələbləriniz, ideya və gözləntiləriniz də diqqət tələb edir.
Şir - günün necə olması sizin özünüzlə razılıqda olub-olmamağınızdan asılıdır. Əgər əzginsinizsə, özünüzə inamınız yoxdursa, tənbəlliyə meylli olacaq, zəifliklərinizin əsarətinə düşəcəksiniz. Emosiyalarınız ağlınıza üstün gələcək və ən gözlənilməz və lazımsız anda hisslərinizin təsiri altında hərəkət edəcəksiniz.
Qız - mürəkkəb və riskli layihələrə girişməyin. Vacib problemlərin həllini ləngidin, bundansa cari işlərə diqqətinizi yönəldin. Sizi nəyəsə təhrik edirlər? Vecinizə də almayın: hər kəs közü öz qabağına çəkmək istəyir, sizdən isə istifadə etməyə çalışırlar. Həmçinin siz bir az tənbəlliyə meyllisiniz, bu elə də pis deyil.
Tərəzi - daxili münaqişələrini boğmağı bacaran Tərəzilər günü sakit keçirəcəklər: planlarını həyata keçirməkdə onlara heç kim və heç nə mane ola bilməyəcək. Yalnız səhhətinizə diqqət yetirin, vaxtında tədbir görməsəniz, yüngül soyuqdəymə ciddi fəsadlar törədə bilər.
Əqrəb - sizin üçün dəyərli insanlarla (həm işdə, həm də şəxsi münasibətiniz olanlarla) münasibətlər gərginləşə bilər. Qadın qohumlarınızla ciddi fikir ayrılıqları gözlənilir. Maliyyə və daşınmaz əmlakla bağlı məsələləri müzakirə etməyə çalışmayın.
Oxatan -diplomatik fəaliyyət üçün yaxşı gündür. Danışıqları virtuozcasına aparmaq, düşmən tərəfləri barışdırmaq, onları hətta bir-birilə dostlaşdırmaq sizin əlinizdə su içmək kimi asandır. Başqa sadə və "qaba" məsələlər sizə maraqsız görünür və onların öhdəsindən gələ bilmirsiniz.
Oğlaq - mövcüd işgüzar əlaqələr möhkəmlənir. Əməkdaşlığa mane olan fikir ayrılıqlarını aradan qaldırmaq olar. Həyatın bütün sferalarında dəyişikliklər etmək mümkündür. Bir çoxları çətin şəraitdən çıxış yolları axtarıb tapırlar. Bəziləri isə sevgini bir qırağa qoyub ümumi mənafelər naminə nikah bağlamaq niyyətindədirlər.
Dolça - günün birinci yarısı çox sakit keçir, vacib qərarları məhz bu zaman vermək lazımdır. Bu dövrdə cavabını tapa bilmədiyiniz suallar uzun müddət havadan asılı qalacaq və işinizə mane olacaq. Müştərək iş uğurlu ola bilər, amma gərək ortaqlarınız təcrübəli və bilikli insanlar olsunlar, siz də onlardan nəsə öyrənməyə hazır olasınız.
Balıqlar - peşəkar cəbhədə isə işlər o qədər də ürəkaçan deyil. Ciddiləşə bilmirsiniz, sadəcə, yığılıb qalan problemləri həll etmək istəmirsiniz. Cari işləri isə barmaqarası görürsünüz. Rəhbərlik sizdən narazı olacaq.
Milli.Az
Sergen Yalçın: "Rəqibin müdafiə xəttini aşa bilmədik"
SPİDLİ - Kəbutər Hakverdinin hekayəsi
İstanbul boğazı gəmilərə qapadıldı
500 minlik saat, xaricdə milyardlıq mülklər və... - Rövnəq Abdullayevin yaxın qohumu barədə sensasiyalı iddialar
Luis Diazdan het-trik - "Bavariya" qalib gəldi
Rusiya ordusu daha iki yaşayış məntəqəsini ələ keçirib - Açıqlama
İRANIN NÜVƏ BOMBASI VAR? - XİN başçısı dünyanı həyəcanlandırdı: "Nüvə bombamız böyük güclərə "yox" demək gücümüzdür"
"İnter" rəqibini 5 qolla məğlub etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ vitse-prezidenti Bakıya gəlir - Bu tarixdə (Yenilənib)
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?