Jurnalistin həyat yoldaşının ölümü ilə bağlı cinayət işi açıldı

img

27-09-2013 [11:58]


Jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Bu barədə məlumatı AzNews.az-a istintaq qrupunun rəhbəri Ələkbər Rzayev verib. Ə.Rzayevin sözlərinə görə, prokurorun göstərişi ilə açılan cinayət işinin istintaq qrupunda prokuror köməkçisi İsmayıl Rövşənov da təmsil olunur: "Elnarə İmamquliyevanın ölüm səbəbini müəyyənləşdirmək üçün ekspertiza rəyini də gözləyirik. Amma bununla paralel olaraq istintaq hərəkətləri aparılır. Rəhbərlik bu məsələni xüsusi nəzarətdə saxlayır. İşin tam obyektiv araşdırılacağına heç bir şübhəniz olmasın”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA