Marneulidə koronavirus şübhəsi ilə 12 nəfər səhra xəstəxanasına yerləşdirildi

img

30-03-2020 [13:33]


Gürcüstanın Marneuli rayonunda yaradılan səhra xəstəxanasına 12 pasiyent yerləşdirilib.

Bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, Tbilisidən 7 pasiyentin kronavirus testinin cavabı gözlənilir.

Qubernator Marneuli əhalisi arasında ərzaq yardımı ilə bağlı yaranan narazılıqlara da münasibət bildirib. 

O deyib ki, yardım kampaniyası hamıya aid deyil: “Bu günə qədər sosial cəhətdən həssas qruplara daxil olan 1 000 ailə ərzaq yardımı ilə təmin olunub. Bu yardımı hamının alacağı ilə bağlı yanlış gözləntilər var”/Report 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA