"Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır" - SOCAR-dan yayılan xəbərə reaksiya

img

30-03-2020 [13:00]


Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirilib ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir: “Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur. Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq”.

Qeyd edək ki, sosial şəbəkələrdə şəxsi avtomobillərə benzin satışının həyata keçirilməyəcəyi ilə bağlı məlumatlar yayılıb. 

Bu gün səhər saatlarında SOCAR brendli yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edən, SOCAR-ın törəmə şirkəti “SOCAR Petroleum” QSC-dən də heç bir məhdudiyyət olmadığı bildirilmişdi. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA