"Qaz, işıq, su pulları ləğv olunmalı, kreditlər 3 aylıq dondurulmalı, əhaliyə pul yardımı edilməlidir..." - İqtisadçıdan hökumətə təkliflər
28-03-2020 [14:49]
MƏHƏMMƏD TALIBLI,
İqtisadçı
***
Dövlət cəmiyyətin “atasıdır”. Çətin vəziyyətə düşən “ailə üzvlərini” xilas etməlidir. Onun təkcə mənəvi məsuliyyəti yoxdur, həm də iqtisadi vəzifələri var. Qlobal miqyas alan pandemiya kimi qəbul olunan konorovirusunun ölkə sərhədlərini keçməsi dövlətlərin iqtisadi məqsədlərdən irəli gələn çeşidli addımlar atmağına səbəb olmuşdur.
Koronovirusun doğurduğu nəticələrə iqtisadi böhran kimi baxmaq olmaz. Bu həm də sosial böhrandır. Bəlkə də daha çox səhiyyə böhranıdır. Konkret halda isə bütün növ sahələrin böhranıdır. Belə böhranları aradan qaldırmağın yolları da fundamental və antiböhran məzmunlu olmalıdır.
XARİCİ TƏCRÜBƏNİN DƏRSLƏRİ
Yaxın həftələrin mütərəqqi təcrübələrini yalnız inkişaf etmiş ölkələrin timsalında gördük. Həmin dövlətlər vətəndaşlarına sahib çıxdılar. İnkişaf etməkdə olan ölkələrin simvolik məzmun daşıyan epizodik addımları ilə kifayətləndilər. İEÖ-in təcrübələrinə ən nümunəvi çıxış da Kanadanın baş nazirindən gəldi. Baş naziri Tredau dövlət televiziyasında çıxış edərək əhaliyə səsləndi ki, siz evdə oturun və özünüzə baxın. Pula və işə görə narahat olmayın, bu dövlətin işidir. Dövlətiniz isə bunu edəcək. Məhz bu çıxışdan sonra Kanada hökuməti koronovirusla bağlı tədbirlərin həyata keçirilməsi üçün 87 milyard dollar vəsait ayırdı.
ABŞ TƏCRÜBƏSİ
ABŞ hökumətinin digər dünya ölkələrindən fərqli qərarı o oldu ki, onlar həm fiskal, həm də monetar siyasəti eyni dərəcədə istiqamətləndirirlər.
Koronovirusun qlobal məzmun almasından sonra ABŞ-ın Maliyə Naziri Steven Mnuchin ictimaiyyət qarşısına çıxıb vətəndaşlarına hesabatlı olduqlarını ifadə etdi. ABŞ höküməti olaraq hər adam başına $1000, hər uşaqa $500 ödənməsinə qərar verdi. Hökumət bununla kifayətlənməyərək virusun təsir müddəti əgər may ayına qədər aradan qaldırılmasa, həmin dəstək işləri yenidən davam etdiriləcək.
Biznesə dövlət dəstəyi də unudulmadı. ABŞ hökuməti 300 milyard dollar həcmində kiçik biznesə yardımı elan etdi. Digər biznes subyektləri üçün də əlavə olaraq 200 milyard dollar ayrılıb.
FED maliyyə bazarının tənzimlənməsi üçün 700 milyard dollarlıq vəsaitin ayrılmasına qərar verdi. Eyni zamanda MB uçot dərəcəsini aşağı salaraq 0,25%-ə endirib.
ABŞ dövləti ilkin mərhələdə bu məqsədlərlə 1 trilyon dollardan artıq vəsait ayırdı. Daha sonra paketin həcmi 1,8 trilyon dollara çatdırdı. İndi isə bunu daha 3 dəfə artıraraq adambaşına 18 min dollar həcmi ilə dünyada koronovirusla dəstək rekorduna imza atıb.
FRANSA
Fransa dövləti isə daha çox vətəndaşların kommunal ödəmələrinə dəstək addımları ilə seçildi. Fransa prezidenti Emmanuel Makron əhaliyə koronavirus pandemiyası ilə müraciət edərək söyləyib ki, ölkədə kommunal xərclərin - qaz, işıq, su pulu, eləcə də mənzil haqlarının alınması dayandırılır. Karantim dövründə insanların əlavə maddi yükləri yaranmasın deyə, əlavə xərclərdən azad olunurlar. Bu məqsədlərlə dövlət 373 milyard dollar vəsait ayırıb. Bu hər fransa vətəndaşı üçün adambaşı 5560 dollar (9500 azn) deməkdir.
ALMANİYA
Almaniya hökuməti isə daha çox kiçik və orta biznesin qayğısına önəm verdi. Almaniyada 5 işçisi olan müəssisəyə dövlət 9 min avro, 10 işçisi olana 15 min avro, 50 işçisi olana 25 min avro pul verəcək. İlkin mərhələdə Almaniya hökuməti 614 milyard dollar həcmində vəsait ayrılmasına qərar vermişdi. Bu vəsaitin adambaşı bölgüsü 7400 dollar (12500 azn) demək idi. Daha sonra bu dəstəyin həcmini bir az da artıraraq 820 milyard dollar səviyyəsinə çatdırdı.
RUSİYA
Rusiyada vətəndaşlara online istehlak xidməti göstərən şirkətlərə güzəştlər ediləcək. Onların ƏDV-dən azad olması ilə bağlı addımlar atılıb. Rusiya hökuməti biznesə 6 aylıq vergi tətili elan edərək, eyni zamanda dövlət şirkətlərinin 6 ay müddətinədək dividend ödəməsi təxirə salınmasına dair qərar qəbul edib.
Təsirli tədbirlər yetərli olmasa da, amma bu böhranı aşa biləcək fondun yaradılması, karantində olan vətəndaşların əmək haqqısı saxlanılmaqla ödənişli məzuniyyətləri də nəzərdə tutulur.
Postsovet respublikalarında da dövlət tədbirləri də təsirli olub. Litviya bu məqsədlə 2,7 milyard dollarlıq yardım paketi ayırıb. Qonşu Gürcüstan banklar borcu olan müştərilər üçün 3 aylıq olaraq bu prosesə moratorim qoyub.
TÜRKİYƏ
Türkiyə hökuməti ahıl yaşda olanlarla bağlı xüsusi qayğını nəzərə alıb pensiyaları artırdı. Minimum pensiya məbləğini 1500 lirəyə yüksəldildi.
Bir sıra sektorlar gündəlik istehlakdan başlamış ağır sənayeyədək nəzərdə tutulan ƏDV vergisi 6 aydan imtina edib. Daxili aviadaşımalarda 3 ay müddətinə ƏDV-ni 18%-dən 1%-ə endirildi.
Azad sahibkarların "Xalqbank”a olan kredit borcları aprel, may və iyun ayları üçün faiz ödəmələrini 2 ay müddətinə, əlavə faiz olmadan təxirə salındı.
Ümumilikdə Türkiyə koronovirusla bağlı 15,3 milyard dollar ayırmışdır.
AZƏRBAYCAN
Doğrudur, 1 milyard manatı bu istiqamət üzrə xərclənməsi üçün sərəncam imzalandı. Bu məbləğ ölkənin ÜDM-nin 1,3 faizi deməkdir. Və ya büdcə gəlirlərinin isə 4,2%-i təşkil edir.
Koronavirusla Mübarizəyə Dəstək Fondu da yaradıldı. Bu günə olan məlumata görə, bu fonda 100 milyon manata yaxın əlavə vəsait toplanıb. Bu kampaniyaçılığın paradoksal məqamı dövlət qurumlarının öz büdcələrindən bu fonda (universitetlər, dövlət şirkətləri və s.) hansı mənbədən pul köçürürlər, hələ də bunu bilən yoxdur.
Qlobal müqyas almaqda davam edən bu xəstəliyin Azərbaycan vətəndaşlarından və biznesdən mühafizə tədbirlərini həyata keçirməliyik. Həmin tədbirləri lakonik olaraq belə qruplaşdırmaq olar:
TƏKLİF VƏ TÖVSİYƏLƏR
• Yay aylarına qədər biznes subyektləri üçün vergi tətili elan olunsun;
• Xüsusilə kiçik və orta biznesə yardım paketi müəyyənləşsin;
• Dövlət vətəndaşlarını yay aylarına qədər kommunal ödəmələrdən (qaz, işıq, su) azad etsin;
• Vətəndaşların evində qalması üçün onlara xidmət, xüsusilə online xidmət göstərən şirkətlərə vergi güzəştləri edilsin;
• Dünyada neftin qiymətinin aşağı düşməsinə görə, ölkəmizdə aşağı aktavalı benzinin (A-92) qiyməti endirilsin ki, vətəndaşlar ictimai nəqliyyatdan yox, zəruri hallarda daha çox şəxsi avtomobillərdən istifadə etsinlər;
• Adicə maska, spirt, marlı kimi gündəlik tibbi preparatların ölkə daxilindəki istehsalını yaradılsın;
• Ölkə üzrə işləyib və ya işləməməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarına adambaşına ölkədəki orta
aylıq əməkhaqqının 50 faizi həcmində birdəfəlik maddi yardımlar (250-300 manat) edilsin;
• Vətəndaşların və biznesin bank öhdəlikləri 3 aylıq olaraq dondurulsun, onlara möhlət verilsin";
Mia.az
"AAAF park" yaşayış kompleksində yanğın olub
Mühasib sertifikatı almaq istəyənlər imtahan verib
Mikayıl Cabbarov: "Fədakar əməyiniz üçün təşəkkür edir və..."
Gürcüstanda etiraz aksiyasının təşkilatçıları saxlanılıb
Bakıda qardaş iki bacısını bıçaqlayıb
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xalq artisti Rasim Balayevin nəvəsinin toyundan - VİDEO
Türkiyə derbisində iki qol, bir qırmızı kart... - "Qalatasaray" - "Beşiktaş" oyunu bitdi (Yenilənib)
Tramp HƏMAS-ı növbəti dəfə hədələyib: "Cəld ol, yoxsa..."
"Qarabağ" "Kəpəz"i məğlub etdi
Xəzər dənizində suyun səviyyəsinin düşməsində Rusiya izi... - TƏHLİL
Milli komandaya baş məşqçi təyinatı olub
Millimiz Rusiyaya məğlub olub
"Onlar demədi ki, məmurlardan kiminsə qapısını döyüm" - Sabiq nazir övladlarından danışdı (VİDEO)
"Bu suallara cavab vermək istəmirəm" - Cabir İmanovun atası və dostundan iddialara maraqlı reaksiya
Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb
Oqtay Şirəliyevlə vida mərasimi... - Baş nazir və nazirlər mərasimdə + FOTOLAR (Yenilənib)
Ukraynada dron hücumunda azərbaycanlı həlak olub
Nəsimi rayoununda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Azərbaycanı millisi bürünc medal qazanıb
İrandan dəniz yolu ilə ölkəmizə 510 kiloqram keçirməyə cəhd olunub
"Tağıyev: Sona" filminin təqdimatı oldu - Arzu Əliyeva və dövlət rəsmiləri tədbirdə + FOTOLAR
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyev iki bankın idarə edilməsi barədə fərman imzaladı - DƏYİŞİKLİK
Sabah hava necə olaacq? - Proqnoz
Prezident onların maaşını artırdı - Sərəncam
BU TƏLƏBƏLƏRƏ PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Sərəncam
Polkovnik Fuad Qasımov vəzifədən çıxarılıb
HƏMAS GERİ ÇƏKİLDİ, İSRAİL QƏZZADA SAVAŞI DAYANDIRDI: "İşğal planını saxladıq, bundan sonra..."
Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilir
Kür çayında bir nəfər boğulub
Alim Qasımov Kanadada konsert verib
DİN: "Bakıda qəzada üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır"
Prezidentdən Cəbrayılla bağlı paylaşım - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rüşvət ittihamı ilə tutulan bələdiyyə sədri CHP-dən istefa verdi: "Məni gözdən çıxardılar"
"Neftçi" "Zirə" ilə heç-heçəyə razılaşıb
TRAMP ONLARA VAXT QOYDU: "İndiyə qədər görülməmiş qiyamət qopacaq"
"Bakcell" "İnnovasiyalar və süni intellekt" konfransının əsas tərəfdaşı oldu - FOTOLAR
Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs olunub
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
General-mayor Baba Salayevə birinci müavin təyin edilib
Dövlət Agentliyində traybalizm: qudaların eyni qurumda başqa vəzifələri də varmış (FOTO)
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib