Keçmiş deputatın bacısı qızı koronavirusdan öldü - Açıqlama + FOTO

img

25-03-2020 [17:39]


CHP-nin Amasiya bölgəsi üzrə keçmiş deputatı Ramiz Topalın bacısı qızı koronavirusdan ölüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda yaşayan 33 yaşlı Dilək Tahtalı martın 10-da qrip diaqnozu ilə xəstəxanaya yatırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Acı xəbərlə bağlı açıqlama verən sabiq deputat deyib ki, Dilək xərçəng xəstəliyindən əziyyət çəkirmiş: "Lakin o, martın 10-da qriplə xəstəxanaya yatırıldı. Öülüm raporunda da vəfat səbəbi "yolxucu xəstəlik" göstərilib".

Mia.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA