"Sosial izolyasiya, qlobal şoklar və aşağı neft qiymətləri şəraitində iqtisadi itkilər qaçılmazdır" - Vüsal Qasımlı
25-03-2020 [10:54]
Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.
Mia.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı xüsusi karantin rejiminin böyük əhəmiyyət daşıdığını bildirib:
“Dünya üzrə riyazi modelləşdirmə onu göstərir ki, sərt izolyasiya və gigiyenik tədbirlər görülməyəndə koronavirusa yoluxan bir şəxs orta hesabla 2-3 nəfəri yoluxdurur. Bəzi ölkələrdə koronovirusun yayılmasının böyük sürəti də bununla bağlıdı. Çində ilk vaxtlar epidemiya hər 6,4 gündə iki dəfə arealını genişləndirmişdi. Amma riyazi modelləşdirmə göstərir ki, yoluxma səviyyəsinin 25-50% aşağı salınması xəstəliyin yayılmasını əhəmiyyətli dərəcədə azalda bilər. Yoluxmanın 63%-dən çox azalması isə pandemiyanın səngiməsinə səbəb ola bilər. Yoluxmanı azaltmaq üçün də sosial izolyasiya əsas şərtdir və Azərbaycanda xüsusi karantin qaydalarına ciddi əməl edilməsi hər birimizin sosial məsuliyyətidir.Yalnız sosial izolyasiya yoluxmanın qarşısını almağa və vəziyyəti nəzarətdə saxlamağa imkan verə bilər.”
V. Qasımlının sözlərinə görə, bütün dünyada baza reproduktiv kəmiyyəti, yəni koronovirusa yoluxmuş insanların özündən başqa daha neçə insanı yoluxdurması göstəricisi nəzarətə götürülür: "Başqa ölkələrdə olduğu kimi Azərbaycanın da səhiyyə sisteminin bəlli bir “kritik gücü” var. Bu gün ölkəmizdə əhalinin hər 10 min nəfərinə 33 həkim, 54 orta tibb işçisi və 45 çarpayı düşür. Azərbaycan höküməti xüsusi karantin tətbiq etməklə pandemiyanın baza reproduktiv göstəricisini aşağı salmağa və vəziyyətə tam nəzarəti həyata keçirməyə çalışır və buna müvəffəq olur. Xüsusi karantin “koronavirus əyrisi”ni “ütüləməyə” və vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Düzdür, sosial izolyasiya, qlobal şoklar və aşağı neft qiymətləri şəraitində iqtisadi itkilər qaçılmazdır. Amma indiki halda sosial izolyasiyadan doğan itkilər pandemiyanın səhiyyə sisteminin nəzarətindən çıxmasından yarana biləcək fəsadlarla müqayisədə dəfələrlə aşağıdır. Buna görə də xüsusi karantin tələblərinə anlayışla yanaşılmalı və əməl edilməlidir. Karantin nə qədər əvvəl olsa, bir o qədər də effektiv sayılır və sonrakı günlərdə yoluxma sayını daha çox azaldır. İqtisadi itkiləri zamanla bərpa etmək olacaq, buna görə də əsas Azərbaycan insanını qorumalıyıq".
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var
Tokayev İlham Əliyevə zəng edib
İrakli Kobaxidze İlham Əliyevə zəng edib
Bakı-Sumqayıt yolunda avtobus yanıb
Sabah dağlıq rayonlarda qar yağacaq
Nazirlik Rafael Ağayevi niyə tədbirə çağırmadı? - Məşhur idmançı "heç nə danışmayacam" deyir
Saç testində kokain qəbul etdiyi üzə çıxan klub prezidenti qəzəbləndi: "Təkrar ekspertiza tələb edirəm"
Putin Azərbaycan prezidentinə zəng edib
Özbəkistan Prezidenti lham Əliyevə zəng edib
Əşirət lideri Ankaranın mərkəzində oğlunu güllələdi - FOTO
Xırdalanda iki aylıq körpə qidadan boğulub
İcra başçısı sakinin 100 manatına ehtiyac duyub - Məhkəmə qalmaqalı
7 komanda cəzalandırılacaq - Super Liqada
"Fənərbağça" prezidentinin saç testi açıqlandı - Kokain aşkarlandı
PUTİN ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ: "Bu, şübhəsiz, xalqlarımızın maraqlarına cavab verir"
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub
Qazimiz Türkiyədə vəfat edib