İranın bloklanan pulunun yerinə Amerika qarğıdalı, paxla və buğda verəcək - ABŞ-ın vitse-prezidenti “Bu, klassik Tramp razılaşmasıdır” deyir

İranın bloklanan pulunun yerinə Amerika qarğıdalı, paxla və buğda verəcək - ABŞ-ın vitse-prezidenti “Bu, klassik Tramp razılaşmasıdır” deyir

İQTİSADİYYAT

Bugün, 17:15

“ABŞ və İran arasında Pakistan və Qətərin iştirakı ilə danışıqları uğurlu saymaq olar”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vans  İsveçrənin Bürgenştok şəhərindən ayrılarkən deyib.

O bildirib ki, danışıqlarda çox yaxşı irəliləyiş əldə olunub və uğurlu yekun saziş əla təməl atılıb.

İranın dondurulmuş aktivlərinin sərbəst buraxılmasının təsdiqləyən vitse-prezident bildirib ki, Qətərdə bloklanan 6 milyard dollar Amerika paxlası, Amerika qarğıdalısı və buğdası alınaraq İrana göndəriləcək: "Bununla da Amerika fermerləri zənginləşəcək, İran xalqı isə doyurulacaq. Bu, çox yaxşı və klassik Tramp razılaşmasıdır. Bu, xalqımız üçün, İran xalqı üçün əladır. Bu, regional təhlükəsizlik arxitekturasına töhfə verəcək".

E.ARAZ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR