Fond sədri: "Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər"
GÜNDƏM
22.06.2026, 18:05
"Gələcəkdə təhsil tələbə kreditlərinin verilməsi zamanı ixtisaslar üzrə diferensial yanaşma tətbiq edilə bilər".
Mia.az xəbər verir ki, bu sözləri Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov AzEdu.az-a geniş müsahibəsi zamanı qeyd edib.
Fond rəhbəri qeyd edib ki, təhsil kreditlərinə maraq ildən-ilə artır:
"Vətəndaşlar artıq təhsil kreditlərinin üstünlüklərini daha yaxşı anlayır və bu da müraciətlərin sayında özünü göstərir. Kreditlərə müraciət və rəsmiləşmədə artan dinamikanı hiss edirik. Vətəndaşlar başa düşürlər ki, öz vəsaiti hesabına təhsil haqqını ödəməkdənsə, təhsil kreditindən istifadə edib vəsaitlərini digər istiqamətlərə yönəldə bilərlər”.
B.Əzimovun sözlərinə görə, mövcud təhsil kreditlərinin şərtləri digər maliyyə alətləri ilə müqayisədə daha əlverişlidir:
“Əgər standart təhsil kreditlərini ipoteka kreditləri ilə müqayisə etsək, faiz dərəcəsi 6 faiz təşkil edir. Həm faiz dərəcələrinə, həm də geriödəmə müddətinin uzunluğuna baxdıqda kifayət qədər uyğun şərtlərin olduğunu görürük”.
Fondun sədri hazırda bütün ixtisaslar üzrə kredit verildiyini vurğulayıb. O bildirib ki, gələcəkdə müəyyən ixtisaslar üzrə fərqli yanaşmalar tətbiq oluna bilər:
“Hazırda təhsil tələbə kreditləri üzrə hər hansı ixtisas istiqaməti üçün kredit məbləğinə limit tətbiq edilmir və kreditlər bütün ixtisaslar üzrə təhsil haqqının məbləğinə uyğun olaraq təqdim edilir. Bununla belə, gələcəkdə bu məsələyə yenidən baxılması istisna edilmir. Diferensial yanaşmanın tətbiqi halında əmək bazarında daha çox tələbat olan ixtisas istiqamətləri üzrə fərqli yanaşmaların nəzərdə tutulması mümkün ola bilər.”
Bununla belə, Bəhruz Əzimov hazırkı mərhələdə təhsil kreditlərinin şərtlərinin dəyişdirilməsinin gündəmdə olmadığını bildirib:
“Təhsil tələbə kreditləri gənclərin təhsilə çıxış imkanlarının genişləndirilməsinə xidmət edən mühüm sosial dəstək mexanizmi olduğundan, dövlət bu sistemin əlçatanlığının və davamlılığının qorunmasına xüsusi önəm verir. Təhsil tələbə kreditlərinin bütün ixtisaslar üzrə təqdim olunması davam etdirilir və bu istiqamətdə hər hansı dəyişiklik indiki halda nəzərdə tutulmur.”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Trabzonspor" Tomas Reisin rəhbərliyi altında məğlubiyyətsizlik seriyasını davam etdirir
Bugün, 00:04 İDMAN
-
Putin: "Rusiya və Ukrayna razılığa gələ bilər"
22.10.2026, 23:57 GÜNDƏM
-
Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi genişlənir
22.10.2026, 22:23 İQTİSADİYYAT
-
Qobustan qəsəbəsində iki qardaş bıçaqlanıb
22.10.2026, 21:34 KRİMİNAL
-
Danimarka Rusiyaya qarşı silahlanır
22.10.2026, 21:34 DÜNYA
-
Çində zəlzələ oldu - 7 bal gücündə
22.10.2026, 21:20 DÜNYA
-
Tramp: "İran uduzmağımız üün hər şeyi edir"
22.10.2026, 20:26 DÜNYA
-
VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - Dövlət əmlakını mənimsəmə ittihamı ilə
22.10.2026, 20:05 GÜNDƏM
-
Aktrisalığın "daşını atdı", indi təsərrüfatla məşğuldur - FOTO
22.10.2026, 19:46 ŞOU-BİZNES
-
Kanadanın Baş naziri Ankarada: "Türkiyə ilə strateji tərəfdaşlığımıza başlayırıq"
22.10.2026, 19:37 SİYASƏT
-
Türkiyə COP31 Sammitə hazırlaşır
22.10.2026, 19:20 GÜNDƏM
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlayıb
22.10.2026, 18:09 CƏMİYYƏT
-
Rus turist qadını küçənin ortasında qadınlar döydü
22.10.2026, 18:02 DÜNYA
-
Sergen Yalçının məşqçilər heyəti bəlli oldu
22.10.2026, 17:47 İDMAN
-
"Meta" 25 milyard dollar cərimələndi
22.10.2026, 17:41 PRESS
-
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
22.10.2026, 17:33 KRİMİNAL
-
Mikayıl Cabbarovdan əmr: Nazirliyin Aparat rəhbərinə yeni müavin təyin olundu
22.10.2026, 17:29 CƏMİYYƏT
-
“Gənclər ixtisası həqiqətən özləri seçirlərmi?" - Məleykə Abbaszadə
22.10.2026, 17:20 CƏMİYYƏT
-
Bakıda "Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru" Forumu keçirilib - Nələr müzakirə olunub?
22.10.2026, 17:08 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
22.10.2026, 17:00 İQTİSADİYYAT
-
"Bolt"la bağlı araşdırma aparılır
22.10.2026, 16:49 İQTİSADİYYAT
-
Leyla Əliyeva "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksində - FOTOLAR
22.10.2026, 16:39 MƏDƏNİYYƏT
-
Elşən Babayev vəzifədən azad olunub
22.10.2026, 16:19 CƏMİYYƏT
-
Nigeriyada 80 milyon uşaq qurğuşundan zəhərlənib
22.10.2026, 15:52 DÜNYA
-
Şimali Koreya qonşu ölkəni nüvə silahı ilə hədələdi: "Dəhşətli vəziyyətlə üzləşərsiniz, ağıllı olun!"
22.10.2026, 15:24 DÜNYA
-
Mask: "Pul gələcəkdə əhəmiyyətini itirəcək" - "Hətta ən varlı adamlar belə süni İntellekti..."
22.10.2026, 15:10 İQTİSADİYYAT
-
Kəmaləddin Heydərov Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsini özünə köməkçi götürdü
22.10.2026, 15:02 SİYASƏT
-
Bakı Dövlət Universitetində yeni Mərkəz yaradılıb
22.10.2026, 15:00 CƏMİYYƏT
-
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətiriləcək
22.10.2026, 14:46 KRİMİNAL
-
Vüsal Aslanova müavin təyin olunub - Zaur Nağıyevlə bağlı maraqlı məlumatlar
22.10.2026, 14:24 CƏMİYYƏT
-
"Əgər belə davam edərsə, ABŞ-ın bölgədəki bazalarını yenidən vuracağıq"
22.10.2026, 14:02 DÜNYA
-
Zelenski və atəşkəsin qiyməti: taktiki geri çəkilmə, yoxsa gələcək strategiyası? - Üç mümkün ssenari... (TƏHLİL)
22.10.2026, 13:51 SİYASƏT
-
Rusiya-Ukrayna müharibəsi bitir? - Tramp "Həll yoluna daha yaxınıq" deyir
22.10.2026, 13:41 GÜNDƏM
-
QARABAĞA NÖVBƏTİ KÖÇ OLDU
22.10.2026, 13:25 GÜNDƏM