Şərq Tərəfdaşlığının gələcəyi necə olacaq? - XİN açıqlama yaydı
20-03-2020 [16:57]
Bu ilin 10 mart tarixində Avropa İttifaqının siyasətinə dair Avropa Regionlar Komitəsinin (ARK) tövsiyələrini əks etdirən “Avropa Regionlar Komitəsinin - yerli və regional qurumların Şərq Tərəfdaşlığının gələcəyinin formalaşdırılmasına dair rəyi” adlı sənəd dərc edilib.
XİN-dən Mia.az-a verilən məlumata görə, sənəddə Şərq Tərəfdaşlığının gələcək çərçivəsini müəyyən edə biləcək bir sıra vacib məqamlara toxunulur.
Belə ki, sənədin 13-cü bəndində vurğulanır ki, “Avropa İttifaqı bütün tərəfdaşlarının (Şərq Tərəfdaşlığı ölkələrinin) ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə verdiyi dəstəyə sadiq qalır.
BMT Nizamnaməsində, 1975-ci il Helsinki Yekun Aktında və 1990-cı ildə ATƏT-in Paris Xartiyasında təsbit edilmiş məqsəd və prinsiplərdən irəli gələn öhdəliklərin tam icrası, onlara hörmət və onların riayət olunması dinc və bölünməmiş Avropa üçün ortaq baxışımız üçün əsasdır”. 14-cü bənddə isə qeyd olunur ki, “Komitə regionda həll olunmamış münaqişələrin beynəlxalq hüquq prinsipləri və normaları əsasında sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləyir. Münaqişələrin həlli, etimad və mehriban qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir”.
Sənəddə Avropa Regionlar Komitəsi Aİ ilə assosiasiya sazişini imzalamamış tərəfdaş ölkələri ilə mövcud “Tərəfdaşlıq prioritetləri” sənədləri əsasında və yeni çərçivə Sazişlərinin imzalanması vasitəsilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Sənəddə Komitə Xorvatiya Prezidentliyi zamanı 2020-ci ilin 18 iyun tarixində keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı Avropa Regionlar Komitəsi tərəfindən Şərq Tərəfdaşlığının gələcəyi ilə əlaqədar irəli sürülmüş tövsiyələrin Avropa Komissiyası və Aİ üzv dövlətləri tərəfindən nəzərə alınacağına inandığını ifadə edib: "Qeyd etmək istərdik ki, Aİ-nin 27 üzv dövlətini təmsil edən və yerli və regional səviyyədə seçilmiş nümayəndələrdən ibarət Avropa Regionlar Komitəsi Aİ çərçivəsində yerli və regional özünüidarəetmə orqanlarının maraqlarını qorumaq üçün yaradılmış institutdur. Aİ-nin bütün əsas instituları, Avropa Komissiyası, Aİ Şurası və Parlament yerli və regional məsələlərlə bağlı qərar (hüquqi sənəd) qəbul etdikdə bu Komitə ilə məsləhətləşməyə məcburdur".
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb