Yerevanda tibb bacısı koronavirusa yoluxub

img

19-03-2020 [12:48]


Ermənistanın paytaxtı Yerevan şəhərində xəstəxanalardan birində tibb bacısı koronavirusa yoluxub.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan martın 19-da məlumat verib.

Onun sözlərinə görə, həmin tibb bacısı yoluxucu xəstəliklər xəstəxanasında peşə vəzifəsini icra edərkən yoluxub: “O, hospitala yerləşdirilib”.

Qeyd edək ki, rəsmi məlumata görə, Ermənistanda 115 nəfər koronavirusa yoluxub/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR