Əli Həsənov Pərviz Həşimlinin həbsindən danışdı

img

25-09-2013 [12:21]


Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Bizim yol” qəzetinin əməkdaşı və "moderator.az” saytının rəhbəri Pərviz Həşimlinin həbsinə münasibət bildirib.

Musavat.com-un a APA-ya istinadən verdiyi xəbərə görə, Ə.Həsənov deyib ki, , Pərviz Həşimlinin həbsinin onun jurnalist fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Şöbə müdiri qeyd edib ki, P. Həşimlinin həbsi ilə bağlı əməliyyatı həyata keçirən dövlət qurumunun açıqlaması var və hazırda bu məsələ ilə bağlı araşdırma aparılır: "İstintaq gedir, istintaqa müvafiq olaraq cəmiyyətə məlumat verilib, bundan sonra da veriləcək”.

PA rəsmisi deyib ki, jurnalist P. Həşimlinin həbsinin onun kimisə tənqid etməsi, hansısa tənqidi yazı yazması, yaxud hansısa yazısı ilə əlaqəli olduğunu təsdiqləyən, sübut edən heç bir fakt yoxdur: "Pərviz Həşimlinin həbsi ilə onun jurnalist fəaliyyəti arasında heç bir əlaqə yoxdur, ola da bilməz”.

Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA