Azərbaycan universiteti BMT-nin keyfiyyət sertifikatını aldı
13-03-2020 [12:28]
Azərbaycan Turizm və Menecment Universitetinin(ATMU) ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi “turizm və otelçilik” ixtisası üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının nüfuzlu “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb.
“Report” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, “UNWTO.TedQual” keyfiyyət sertifikatı Agentliyin dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin potensialının artırılması” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əldə edilib.
Layihənin məqsədi müvafiq ixtisas üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihənin hədəfi isə təhsil müəssisəsinin institusional potensialının gücləndirilməsi yolu ilə Azərbaycan Respublikası hökumətinin turizm sahəsində qarşıya qoyduğu yüksək ixtisaslı kadr hazırlığı işinə daha səmərəli töhfə verməkdir.
Cənubi Qafqazda ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyət hesab olunur.
ABŞ-ın Corc Vaşinqton Universiteti, Kanadanın Kvebek (Monreal) Universiteti, Türkiyənin Boğaziçi və Akdeniz Universitetləri, Çinin Sun Yat-sen Universiti və Honq Konq Politexnik Universiteti kimi tanınmış ali təhsil müəssisələrinin üzv olduğu mötəbər “UNWTO.TedQual” Ali Təhsil Müəssisələri Şəbəkəsinə qoşulması ATMU-ya akademik heyət üzvlərinin və tələbələrin mübadilə proqramlarında iştirak etmək hüququ əldə etməklə bərabər, həmçinin bilik və təcrübə mübadiləsi fürsətlərindən bəhrələnmək imkanı verir.
Qeyd edək ki, 1998-ci ildə təsis olunmuş “UNWTO.TedQual” Sertifikasiya Sistemi turizm sahəsində təhsil, təlim və tədqiqatların ən qabaqcıl keyfiyyət standartı hesab olunur. Bu keyfiyyət sistemi ali təhsilin turizm ixtisası üzrə proqramlarının pedaqoji məzmunun və təşkilinin səmərəliliyini qiymətləndirir. Keyfiyyət sisteminin əsas tələblərindən biri də turizm sənayesinin, vətəndaş cəmiyyətinin və tələbələrin ehtiyaclarının proqramın təşkilində nəzərə alınmasıdır.
Xatırladaq ki, ötən il ATMU-nun turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması fəaliyyəti ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi uyğunluq sertifikatına layiq görülüb.
Qəzzada aclıq: ölənlərin sayı 460-a çatdı
ABŞ-da gecə klubu atəşə tutulub - 2 nəfər ölüb, 12 yaralı var
İsrail hələ də Qəzzanı bombalayır - Ölənlər var
"AAAF park" yaşayış kompleksində yanğın olub
Mühasib sertifikatı almaq istəyənlər imtahan verib
Mikayıl Cabbarov: "Fədakar əməyiniz üçün təşəkkür edir və..."
Gürcüstanda etiraz aksiyasının təşkilatçıları saxlanılıb
Bakıda qardaş iki bacısını bıçaqlayıb
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xalq artisti Rasim Balayevin nəvəsinin toyundan - VİDEO
Türkiyə derbisində iki qol, bir qırmızı kart... - "Qalatasaray" - "Beşiktaş" oyunu bitdi (Yenilənib)
Tramp HƏMAS-ı növbəti dəfə hədələyib: "Cəld ol, yoxsa..."
"Qarabağ" "Kəpəz"i məğlub etdi
Xəzər dənizində suyun səviyyəsinin düşməsində Rusiya izi... - TƏHLİL
Milli komandaya baş məşqçi təyinatı olub
Millimiz Rusiyaya məğlub olub
"Onlar demədi ki, məmurlardan kiminsə qapısını döyüm" - Sabiq nazir övladlarından danışdı (VİDEO)
"Bu suallara cavab vermək istəmirəm" - Cabir İmanovun atası və dostundan iddialara maraqlı reaksiya
Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb
Oqtay Şirəliyevlə vida mərasimi... - Baş nazir və nazirlər mərasimdə + FOTOLAR (Yenilənib)
Ukraynada dron hücumunda azərbaycanlı həlak olub
Nəsimi rayoununda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Azərbaycanı millisi bürünc medal qazanıb
İrandan dəniz yolu ilə ölkəmizə 510 kiloqram keçirməyə cəhd olunub
"Tağıyev: Sona" filminin təqdimatı oldu - Arzu Əliyeva və dövlət rəsmiləri tədbirdə + FOTOLAR
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyev iki bankın idarə edilməsi barədə fərman imzaladı - DƏYİŞİKLİK
Sabah hava necə olaacq? - Proqnoz
Prezident onların maaşını artırdı - Sərəncam
BU TƏLƏBƏLƏRƏ PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Sərəncam
Polkovnik Fuad Qasımov vəzifədən çıxarılıb
HƏMAS GERİ ÇƏKİLDİ, İSRAİL QƏZZADA SAVAŞI DAYANDIRDI: "İşğal planını saxladıq, bundan sonra..."
Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilir
Kür çayında bir nəfər boğulub
Alim Qasımov Kanadada konsert verib
DİN: "Bakıda qəzada üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır"
Prezidentdən Cəbrayılla bağlı paylaşım - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rüşvət ittihamı ilə tutulan bələdiyyə sədri CHP-dən istefa verdi: "Məni gözdən çıxardılar"
"Neftçi" "Zirə" ilə heç-heçəyə razılaşıb
TRAMP ONLARA VAXT QOYDU: "İndiyə qədər görülməmiş qiyamət qopacaq"
"Bakcell" "İnnovasiyalar və süni intellekt" konfransının əsas tərəfdaşı oldu - FOTOLAR
Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs olunub
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?