Gürcüstanda məktəblərdə tətil uzadıldı - Koronavirusa görə
 

img

11-03-2020 [15:15]


Gürcüstanın bütün təhsil müəssisələrində martın 16-dək elan olunan tətilin müddəti aprelin 1-dək uzadılıb.

 Bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının toplantısında qərar qəbul edilib.

Digər qərarla hərbi xidmətə yaz çağırışı aprelin 13-dək təxirə salınıb.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirus 23 şəxsdə təsdiqlənib. Karantində 126, stasionar nəzarətdə isə 46 nəfər saxlanılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR