Bir evdən 50 kq narkotik çıxdı - Əməliyyat + FOTO
09-03-2020 [10:52]
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mirzəməmməd kənd sakini, əvvəllər qəsdən adamöldürməyə görə həbs olunmuş 42 yaşlı Zabit Mehrəliyev şübhəli şəxs qismində yaşadığı evin yaxınlığında tutulub.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman böyük həcmdə narkotik maddə aşkar edilib. Polis əməkdaşları tərəfindən oradan təmiz çəkisi 50 kiloqrama yaxın 205 ədəd kibrit qutularında və 63 ədəd sellofan və kağız bükümlərdə satış üçün qablaşdırılmış qurudulmuş marixuana, 12 kisədə hündürlüyü 100-220 sm olan bütöv halda olan çətənə bitkiləri və həmin bitkilərin toxumları, eləcə də bir ədəd elektron tərəzi maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı Z.Mehrəliyev narkotik tərkibli bitkiləri yaşadığı kəndin yaxınlığında yerləşən meşəlik ərazidə yetişdirdiyini, daha sonra isə satış məqsədi ilə yaşadığı evdə kibrit qutularında və sellofan torbalarda qablaşdırdığını etiraf edib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Üç partiya iclasa qatılmadı, DEM və İYİ partiyalı deputatlar isə Ərdoğanı ayaqda qarşıladı - TBMM-də ilk iclas + FOTO
Azər Bağırov "Kəpəz"lə razılaşıb
Vilayət Eyvazov Sumqayıtda 367 vətəndaşı qəbul edib - Nazir rəislərə tapşırıqlar verib
HƏMAS Trampın Qəzza planını rədd etdi: "Bu iki maddə İsrailin xeyrinə, Fələstin xalqının isə..."
Qəzzada daha iki nəfər acından ölüb
MEDİA TRT kanalına başsağlığı verdi
İsveçrənin Ədliyyə naziri sabiq nazirin müşavirinə məktub yazıb: "Burada doğulan hər kəs özünü..."
Daha bir vəkilin fəaliyyəti dayandırılıb, 2-nə... - İclas oldu
DEM partiyası Ərdoğanın çətiri altına girir? - "Bizə uzadılan əli havada buraxmayacağıq"
İsrail Qəzzanı bombalayır - Xilasedici zabit ölüb, yaralılar var
Sabah hava necə olacaq? - Proqnoz
Kəlbəcər və Şahdağa qar yağıb
Oxuyur Mənsum İbrahimov!
Türkiyə balıqçılarının tapdığı kamikadze kater partladıldı - FOTO
İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb
DİN III MDB oyunları ilə bağlı fasiləsiz xidmət aparır - VİDEO
İtaliya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb - FOTOLAR
Keçmiş spiker çağırış etdi, partiya sədri qəbul etmədi - Türkiyə parlamentində tarixi qalmaqal
Joze Mourinyo: "Kerem Aktürkoğlunu unudun!"
“Avropa Şurasının hesabatı ilə tanışıq, bəzi məsələlərlə razı deyilik" - Kamran Əliyev
Sabiq idarə rəisi məhkmədə ittihamı rədd etdi: "Mənə düşmən olanla niyə danışığa gedim?!”
Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq
Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup yaradılıb - MHŞ-da iclas olub
“Kristal Bakı" "Qanlı göl"ün ətrafındakı sakinlərin "qan"ını almaq istəyir - "Şirkət nə vaxtdan tiklinin qanunsuz olduğunu müəyyən edən qurum olub ki..."
"Xəzər dənizi diqqətdən kənarda qala bilməz" - Muxtar Babayev
"Taliban" ölkədə internet və mobil telefonları qadağan edib - Seks videolarına görə
Prokurorluq AMEA-da hərtərəfli araşdırma aparır: "Zərurət olarsa..."
XİN-dən Çinə mesaj: "Milli bayramınız mübarək!"
"Ümid edirik ki, bu işin də istintaqı məntiqi nəticəsini tapacaq" - AZAL-ın vurulan təyyarəsi haqda açıqlama
Azərbaycan nefti 69 dollara düşdü
Okan Buruk: "Çempionlar Liqasında qalib gəlmək asan deyil"
Çempionlar Liqası: "Qalatasaray" "Liverpul"u devirdi, "Bavariya", "Real", "Atletiko"...
İsrail komandası velosiped yarışından kənarlaşdırıldı - İtaliyada
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR