Ölüm xəbəri yayılan Bagira danışdı: "Həyat yoldaşım o çirkabdan..."

img

24-09-2013 [13:52]


Ölüm xəbəri yayılan müğənni Bagira üzə çıxıb.

Müğənni telefonla ANS telekanalında yayımlanan "Adam içində” verilişiin canlı yayımına qatılıb. O, barəsində gəzən bütün söz-söhbətə son qoyub. Müğənni 4 ildir İstanbulda yaşadığını bildirib. 

"Mən ölməmişəm, sağ-salamatam. Ailə həyatı qurmuşam və 4 ildir İstanbulda yaşayıram. Hər kəsin həyatında səhvləri olur. Bir vaxtlar mən də həyatımda səhvlər etmişəm. Ancaq məni həyat yoldaşım o çirkabdan, yəni Azərbaycan şou-biznesindən çəkib çıxartdı”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bagiranın ölümü ilə bağlı xəbər yayılmışdı. Xəbərdə bildirilirdi ki, əsl adı Aynurə olan müğənni QİÇS xəstəliyinə tutulub və bu səbəbdən də vəfat edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA