Bakıda 31 yaşlı şəxs bıçaqla hədələnib

img

28-02-2020 [10:52]


Bakıda 31 yaşlı şəxs bıçaqla hədələnib.

Mia.az xəbər verir ki, hadisə fevralın 27-si saat 10 radələrində paytaxtın Sabunçu rayon, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Gündüz və Ələkbər adlı şəxslər 1989-cu il təvəllüdlü A.Əliyevi bıçaqla hədələyib, onun 400 manat pulunu ələ keçirərək idarə etdikləri avtomobillə qaçıblar.

Daha sonra A.Əliyev hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri – 1996-cı il təvəllüdlü G.Həsənquliyev, 1995-ci il təvəllüdlü Ə.İbrahimov və avtomobilin sürücüsü, Bakı şəhər sakini 1998-ci il təvəllüdlü E.Qədirzadə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA