Vilayət Eyvazov Baş İnspektora yüksək vəzifə verdi - Bakı DYP-də dəyişiklik

Vilayət Eyvazov Baş İnspektora yüksək vəzifə verdi - Bakı DYP-də dəyişiklik

GÜNDƏM

28.02.2020, 00:11

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin olunub.

Mia.az Avtosfer.az-a istinadla xəbər verir ki, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Qara Abdullayev Nəsimi DYPŞ-ə rəis təyin edilib. 

Q. Abdullayev bundan əvvəl Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin İnzibati Təcrübə üzrə Baş İnspektoru vəzifəsində çalışıb. 

Xatırladaq ki, Nəsimi rayon DYPŞ-ın rəisi Qəhrəman Qələndərov yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR