Çində yeni doğulmuş körpə koronavirusla 350 saatlıq mübarizədən qalib ayrılıb

img

27-02-2020 [17:51]


Çində yeni doğulmuş körpə koronavirusla 350 saatlıq mübarizədən qalib ayrılıb.

"CNN Türk” xəbər verir ki, körpənin anasına hələ hamiləliyin 35-ci həftəsində koronavirus diaqnozu qoyulub.

Nəticədə qadın uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirməyə məcbur olub.

Doğuşdan sonra nəzarət altına götürülən körpə 350 saatlıq müalicədən sonra xəstəxanadan evə buraxılıb. Doğuşdan sonra körpə 4 dəfə testdən keçsə də, bütün nəticələr neqativ çıxıb. Beləliklə, körpənin koronavirusa yoluxmasının qarşısı alınıb.

“2 həftə öncə doğulub. Müalicəmizdən sonra vəziyyəti yaxşıdır və nəfəs ala bilir”, - xəstəxananın həkimi bildirib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA