Çempionlar Liqası: "Bavariya"  səfərdə "Çelsi"yə dərs keçdi, "Barselona" isə "Napoli" ilə bacarmadı

img

26-02-2020 [09:00]


Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Mia.az xəbər verir ki, bu gecə daha iki qarşılaşma baş tutub. Avroliqanın ötən ilki qalibi "Çelsi" (İngiltərə) doğma meydanında "Bavariya"nı (Almaniya) qəbul edib. Qonaqlar meydan sahiblərini ikinci hissədə vurduqları 3 qolla darmadağın edib.
Keçən il turnirin yarımfinalçısı olmuş "Barselona" (İspaniya) isə "Napoli"nin (İtaliya) qonağı olub. Birinci hissəni məğlub tərəf kimi bitirən qonaq komanda fasilədən sonra bərabərlik qolunu vurmağı bacarıb.

00:00. "Çelsi" - "Bavariya" - 0:3
Qollar: S.Qnabri, 51, 54, R.Levandovski, 76

00:00. "Napoli" - "Barselona" - 1:1
Qollar: D.Mertens, 30 - A.Qrizman, 57

Digər xəbərlər
SON XƏBƏRLƏR