Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb

img

25-02-2020 [12:40]


Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlinərək müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib. 

Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - A.Ramazanov saxlanılıb.

Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirən Anar Ramazanov Nəsimi Rayon Pollsi İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA