İrandan Azərbaycana gələn iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi - Rəsmi açıqlama

img

24-02-2020 [16:19]


“İrandan Azərbaycana gələn iki nəfər koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə gətirilib”.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, həmin şəxslər 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və 1998-ci il təvəllüdlü İran vətəndaşıdır.

O qeyd edib ki, onların virusa yoluxan insanlarla heç bir təmasları olmayıb: “Onlar həkim müşahidəsinə götürülüb, heç bir şikayətləri yoxdur, temperaturları da normaldır. Onlardan analizlər götürüləcək və nəticəyə uyğun qərar veriləcək”. 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 03.04.2020

DİN işçi axtarır

13:25 03.04.2020

Sabah yağış yağacaq