MSK DAHA BİR DEPUTATLA BAĞLI ŞİKAYƏTİ DƏ ARAŞDIRDI - Jurnalistin iddiası qəbul olunmadı

img

21-02-2020 [17:12]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Süleymanlı Aygün Yunis qızının (Aygün Muradxanlı) müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, namizəd A.Süleymanlı müraciətində sözügedən dairədə səsvermə günü seçki pozuntularının qeydə alındığını iddia edib və dairə üzrə səsvermənin nəticələrinin ləğv olunmasını istəyib.

Komissiya həmin müraciətlə əlaqədar olaraq araşdırmalar aparıb.

Qeyd olunub ki, araşdırma zamanı müraciətdə qeyd olunan hallar öz əksini tapmayıb.

İclasda 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Aygün Muradxanlının müraciətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilib/Report.

Qeyd edək ki, 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsinin lider namizədi deputat Eldar Quliyevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA