"Bax, birdən mənə pul təklif edərsiniz ha!" - Rauf Arifoğlu ilə İqbal Ağazadəyə meydan oxundu

img

21-02-2020 [11:37]


Blogger Mehman Hüseynov 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürəcək.

Mia.az xəbər verir ki, bu barədə Mehman Hüseynovun özü bildirib. "Bu yaz çox fərqli və dəhşətli olacaq. Xətai ərazisini deputatsız qoymaq olmaz! Xətai camaatı hazırsınız? Desəm ki, bu dəfə namizədliyimi 35 saylı Xətai üçüncü seçki dairəsindən irəli sürəcəm nə deyəcəksiniz?

Rauf Arifoğlu, İqbal Ağazadə cənabları gəlirəm. Bax, birdən mənə pul təklif edərsiniz ha!

Oturub düşündüm və qərara gəldim ki, 35 saylı xətai üçüncü seçki dairəsinə bir bomba qoymaq lazımdı. Aləm dəyəcək bir birinə".

Xatırladaaq ki, bu dairə üzrə fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində əsas mübarizə Rauf Arifoğlu ilə İqbal Ağazadə arasında gedib. Mərkəzi Seçki Komissiyası (MSK) Rauf Arifoğlunu qalib elan edib. Lakin bir neçə gün sonra dairənin nəticələri ləğv edilib.

 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR