AFFA İntizam Komitəsi bu oyunçuları cəzalandırdı

img

18-02-2020 [13:48]


AFFA İntizam Komitəsi "Zirə"nin futbolçusu Cavid Hüseynovu 4 oyunluq cəzalandırıb. 

Mia.az AFFA-ya istinadla xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XVII turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları görüşün 67-ci dəqiqəsində hakimi təhqir edib və birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Qəsəbə təmsilçisi bu səbəbdən 3200 manat məbləğində cərimələnib. 

Komitə "Qəbələ"nin futbolçusu Fernan Lopezə isə bir oyunluq cəza kəsib. 25 yaşlı ispaniyalı yarımmüdafiəçi "Səbail"ə 1:3 hesabı ilə uduzduqları görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Əyalət təmsilçisi bunun üçün 200 manat ödəyəcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR