"Təəssüf ki, bu strukturlar qanunun yox, Aqiyə Naxçıvanlının tərəfində durdular" - Ləman Ələşrəfqızı Prezidentə nələr yazdı?
SİYASƏT
15.02.2020, 10:55
117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd, Əməkdar jurnalist Ləman Ələşrəfqızı ölkə Prezidenti İlham Əliyevə məkub yazıb.
Mia.az məktubu olduğu kimi, təqdim edir:
“Salam cənab Prezident!
Sizə bu müraciəti 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd İsmayılova Ləman kimi edirəm. Amma cəmiyyət məni sadəcə Ləman Ələşrəfqızı kimi tanıyır. Əməkdar jurnalist, uzun illər mətbuatda və televiziyada çalışmış bir peşəkar müxbir kimi...
Cənab Prezident! İslahatlar Proqramı çərçivəsində Parlamentin də yeniləməsi zərurəti şəxsən məni bu seçkilərə qatılmağa ruhlandırdı. Üstəgəl doğulduğum bölgənin insanlarının belə bir təşəbbüslə çıxış etməsindən sonra qəti qərara gəldim ki, bəli mən də Parlament seçkilərinə qatılacam. Çünki, Oğuz və Qəbələnin bu dairəyə düşən kəndlərinin sözün əsl mənasında islahatçı, yenilikçi, işgüzar, sadə camaatın dilindən anlayan bir deputata ehtiyacı vardı. Və qatıldım da. Təşviqatın ilk günü rastlaşdığım mənzərə sadəcə belə idi: yenicə bələdiyyə seçkilərindən çıxan yorğun, ümidsiz, çarəsiz, inamsız, seçkini baykot etməyə hazır adamlar. Onlarla dil tapmaq, onları Sizin müəllifiniz olduğu İslahatlara inandırmaq, Azərbaycanın daha güclü, daha qüdrətli olması üçün öz Prezidenti ətrafında sıx birləşməyə dəvət etmək, necə deyərlər çəkici bir zindana vurmaq mənim çıxışlarımın əsas leytmotivi oldu. Və budur, Oğuz-Qəbələ camaatı artıq bizimlə birlikdə addımlayır. Təşviqatın ilk günündəki yorğun, inamsız insanlardan əsər-əlamət yoxdur! Hamı bizim ətrafımızda birləşib, hamı dövlətin, Prezidentin yanındadır.
Cənab Prezident!
Əgər camaatımın inamı, sevgisi olmasaydı,bu görüşləri keçirmək asan olmayacaqdı. Çünki, qarşı tərəf əlindəki inzibati rıçaqlardan istifadə etməklə hər vəchlə seçicilərlə görüşə mane olurdular. Mənim əsas rəqibim Aqiyə Naxçıvanlının qardaşı Yusif Naxçıvanlı Oğuz rayon İcra Hakimiyyəti başçısının müavinidir. Digər qardaşı Mahir Naxçıvanlı Oğuz rayon Təhsil Şöbəsində vəzifə tutur. Bu ailə ilə qohumluq münasibətində olan Səyyaf Abbasov Oğuz İH-nin ərazi idarəetmə şöbəsinin müdiri kimi bütün icra nümayəndələrinə tapşırıq vermişdi. Şəkillərim cırılırdı, camaat arasında bizə yox, qarşı tərəfə səs verməklə bağlı təbliğat aparılırdı, insanlara hədə-qorxu gəlirdilr. Çox təəssüf edirəm ki, bu zaman xüsusilə Aqiyə Naxçıvanlının həyat yoldaşı Hüseyn müəllimin Prezident Aparatında işlədiyini, qaynı oğlu Şahmar Mövsümovun isə Prezidentin köməkçisi olduğunu məqsədli şəkildə yayırdılar. Qanun pozuntuları ilə bağlı hələ təşviqat dövründə 117 saylı dairəyə, sonra isə MSK-ya müraciət etdik. Bu pozuntular Aqiyə xanımın təşviqat dövründə bir tələbənin təhsil haqqını ödəməsi, İcra Hakimiyyətində vəzifə tutan Saleh müəllimin onun təbliğatında iştirakı, qardaşı Yusif Naxçıvanlının başçının müavini vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılmaması, bununla da təsir mexanizmi gücünü özündə saxlaması və s bu qəbildən olan məsələlər idi. Təəssüf ki, bu strukturlar qanunun yox, Aqiyə Naxçıvanlının tərəfində durdular.
Nəhayət, seçki günü əsl rüsvayçılıq yaşandı. Axşam saatlarına qədər diqqətçəkən qanun pozuntuları olsa da bu kütləvi xarakter almamışdı. Amma saat 18.00 ərəfəsində məntəqələrdə millətin, dövlətin, Prezidentin yürütdüyü islahatların adına yaraşmayan biyabırçılıq hökm sürdü. Səslərin sayılması zamanı şəxsən özümün dayandığım məntəqədə səslərimi qoruya bildim. O məntəqədə 203 səslə 116 səs toplayan Aqiyə xanımı üstələdim. Amma hətta bu məntəqədə belə digər prosedurlara əməl olunmadı.
Belə ki, nümunə protokolun üzü karbonlaşdırılmış protokola köçürülmədi, ümumiyyətlə karbonlaşdırılmış protokol heç bir məntəqədə ortaya çıxmadı. Bizim heç bir müşahidəçiyə imkan yaradılmadı ki, səslər onların gözü qarşısında sayılsın, nümunəyə, sonra isə karbonlaşdırılmış protokola köçürülsün. Bu səbəbdən də bu gün bizim əlimizdə 61 məntəqə üzrə cəmi 20 nümunə protokol var. Deməli, həm də 41 qanunsuzluq, 41 cinayət faktı.
Cənab Prezident! Biz konkret faktlarla Mərkəzi Seçki Komissiyasına müraciət etmişik. Sizin Atanızın, bizim ümummilli liderimiz Heydər Əliyevin bir sözü var: Qoy Ədalət zəfər çalsın!
İnanıram ki, Ədalət zəfər çalacaq! Çünki arxamızda Dövlətimiz, Prezidentimiz, xalqımız, başımızın üstündə Allahımız var!”
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Paşinyan Aİ rəsmisi ilə bir arada: "Azərbaycan və Türkiyə ilə..."
Bugün, 12:51 SİYASƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:39 CƏMİYYƏT
-
"Polis Günü" ilə bağlı tədbir - Nazir yeni tapşırıqlar verdi + VİDEO
Bugün, 12:35 GÜNDƏM
-
"Rəqqə” filmi - Agentlik çəkilişə 3.5 milyn manat ayırdı
Bugün, 12:28 MƏDƏNİYYƏT
-
Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır - Bu tarixdən
Bugün, 12:16 GÜNDƏM
-
Azercell ahılların rəqəmsal təhlükəsizlik və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə dəstək olub - FOTOLAR
Bugün, 12:16 CƏMİYYƏT
-
Fərid Rzabəyli Baş direktor təyin olundu
Bugün, 12:05 İQTİSADİYYAT
-
Kollecin müəllimləri nədən şikayətənir? - Açıqlamalar + VİDEO
Bugün, 11:51 CƏMİYYƏT
-
YAP-ın Qadınlar Şurasının keçmiş sədrinin oğlu MSK-da vəzifədəymiş
Bugün, 11:48 SİYASƏT
-
"Fənərbağça"nın futbolçusu İngiltərəyə gedir
Bugün, 11:38 İDMAN
-
"Arzum" ləqəbli tiktoker məhkəmə zalında həbs edildi - FOTO, VİDEO
Bugün, 11:24 PRESS
-
"Azərişıq"da fantastik xərcləmə: bir kəndin işıq xətlərinin dəyişdirlməsinə 4.6 milyon manat ayrıldı
Bugün, 11:21 İQTİSADİYYAT
-
DÇ-2026-nın sürpriz komandası Argentina ilə bacaracaqmı? – Dövlət başçısı proqnoz verdi
Bugün, 11:09 İDMAN
-
Rusiyanın Kiyevə gecə hücumu: həlak olanların sayı artdı
Bugün, 10:57 DÜNYA
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
Bugün, 10:46 GÜNDƏM
-
Leyla Əliyevaya “Qurani-Kərim” hədiyyə edilib - FOTO
Bugün, 10:42 CƏMİYYƏT
-
Kredit faizləri yüksəlir: bank sektorunu nə gözləyir? + VİDEO
Bugün, 10:33 İQTİSADİYYAT
-
Təkrar sertifikasiyadan keçməyən müəllimlər.. - Komissiyalar yaradıldı
Bugün, 10:27 CƏMİYYƏT
-
Türkiyənin ədliyyə naziri Bakıda - Prezident İlham Əliyev qəbul etdi + FOTOLAR
Bugün, 10:18 GÜNDƏM
-
Tbilisidə 21 yaşlı azərbaycanlı Fatimənin dəhşətli qətli: erməni qadın, Azərbaycan vətəndaşı olan sevgili... - TƏFƏRRÜAT
Bugün, 10:18 KRİMİNAL
-
Leyla Əliyeva Yevlaxda məktəb binasının - Açılışında + FOTOLAR
Bugün, 10:13 CƏMİYYƏT
-
İran XİN: “Regional təhlükəsizlik ABŞ-ın çətiri altında deyil"
Bugün, 09:59 SİYASƏT
-
Nazir Vilayət Eyvazov polisləri təbrik etdi: "Bütün istiqamətləri üzrə davamlı surətdə yenilənmiş..." - MƏTN
Bugün, 09:56 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 72 dollara endi
Bugün, 09:31 İQTİSADİYYAT
-
Bakıxanov qəsəbəsində yanğın: maşınlara zərər dəyib
Bugün, 09:18 CƏMİYYƏT
-
Ceyhun Bayramov Ursula Fon der Lyayeni Bakıdan yola saldı - FOTO
Bugün, 09:13 GÜNDƏM
-
Rusiya Kiyevi tutmaq istəyir? - Zelenski səfərini yarıda kəsdi, nazir anons verdi - Polşa isə döyüş təyyarələrini havalandırdı
Bugün, 08:57 GÜNDƏM
-
Tramp iki ölkəyə “barmaq silkələdi”, dünyaya maraqlı mesajlar verdi – “Biz buna icazə verməyəcəyik”
Bugün, 08:31 GÜNDƏM
-
Hərbçilər qolkiperi güllələdi - "Bu, futbol dünyası üçün çox ağır itkidir…”
Bugün, 08:09 İDMAN
-
ABŞ B-52 təyyarələrini Böyük Britaniyadan çxarıb
Bugün, 08:00 DÜNYA
-
DÇ-2026: illərlə unudulmayacaq Belçika inadı və ya qarşısıalınmaz ABŞ yığması növbəti mərhələdə!
Bugün, 07:49 İDMAN
-
“Qalatasaray”dan ayrılan yarımmüdafiəçi 3-cü liqa komandasına keçdi
Bugün, 00:20 İDMAN
-
Amerikalı jurnalist "Ölkənizin harada olduğunu bilmirik” dedi, belə cavab aldı: “Bu, bizim deyil, sizin problemdir”
Bugün, 00:13 İDMAN
-
Ukrayna dronu Trabzonda ağaca çırpıldı – FOTO
Bugün, 00:05 GÜNDƏM