Piyadanı vurub öldürən sürücü tutuldu

img

12-02-2020 [12:46]


Bakıda piyadanı vurub öldürən sürücü saxlanılıb.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 8-də, saat 5 radələrində, Nizami rayonunun R.Rüstəmov küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Edqar Cəlilov vurulub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada fevralın 11-də orada ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şönbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ravon” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini N.Həsənov saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR