Ülvi Quliyevin şişirdilən "səs"i, yaxud üst-üstə cəmi 500 səs toplayan partiya sədrləri...
11-02-2020 [17:13]
Növbədənkənar parlament seçkisində nəticələri maraqla izlənən dairələrdən biri olan 15 saylı Yasamal birinci seçki dairəsində əsas mübarizə Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı Arif Hacılı və həmin dairəni köhnə parlamentdə təmsil etmiş müstəqil namizəd Ülvi Quliyev arasında gedirdi.
YAP isə bu dairədən Rauf Nağıyevin namizədliyini irəli sürmüşdü. Lakin lap əvvəldən hakim partiyanın bu namizədin üzərində xüsusi olaraq durmayacağı məlum idi.
Xatırladaq ki, seçkidən əvvəl “AzPolitika.info”-ya açıqlama verən S.Cəlaloğlu və A.Hacılı ayrı-ayrılıqda qalib gələcəklərinə əminlik bildirmişdilər. Hətta A.Hacılı S.Cəlaloğlunu, o da qarşılığında A.Hacılını özünə rəqib, seçkinin favoriti saymadığını bildirmişdi. Maraqlıdır ki, nəticələr hər iki partiya liderinin "haqlı" olduğunu göstərdi...
Belə ki, seçkinin sabahı günü açıqlanan rəsmi nəticələrə görə, bu dairədən Ülvi Quliyev qalib elan olundu. Rəsmi nəticələrə görə, Ü.Quliyev 4071 səs topladığı halda, YAP-ın namizədi 614 səs, Arif Hacılı 291 səs, Sərdar Cəlaloğlu isə cəmi 218 səs yığıb. Bu dairədəki 31 məntəqədən ikisində S.Cəlaloğluya 0 səs, üçündə isə Arif Hacılıya cəmi 2 səs verilib.
Göründüyü kimi, rəsmi nəticələrdə müstəqil namizəd olan Ü.Quliyevin kifayət qədər tanınmış və az-çox təşkilatlanmış partiyaların sədrlərinin hər birindən ayrı-ayrılıqda 20 dəfə(!) artıq səs topladığı göstərilir.
Əlbəttə ki, sosial şəbəklərdə yayılan və bu seçkinin şəffaflığını sual altına alan videokadrlar kifayət qədər çoxdur və ümumiyyətlə ölkədəki “seçki ənənələrinin” özəllikləri hər kəsə yaxşı məlumdur. Hər halda MSK bu faktların araşdırılacağını və ciddi ölçü götürüləcəyini bildirib.
Lakin məsələnin maraqlı tərəfi bu dairədə Ü.Quliyevə verilən səslərin sayından daha çox, ölkənin ən iri və sanballı partiyalarından sayılan iki müxalifət partiyası liderinin topladığı səsdir.
Əlbəttə ki, ümumilikdə ölkə üzrə bir çox dairələrdə ciddi qanun pozuntuları və saxtakarlıqlara yol verildiyini heç MSK da inkar etmir. Lakin müşahidələr göstərir ki, qalib elan edilən namizədlərin lehinə şişirtmələr, pozuntular olsa da, komissiyalar onların rəqiblərinin səslərinə dəyməyiblər. Yəni pozuntulara dair faktların sırasında hansısa namizədin lehinə olan bülletenlərin aradan çıxarılması, yaxud nəticəsinin azaldılaraq başqa birinin adına yazılması hallarına demək olar ki, rast gəlinmir. Müstəqil müşahidəçilərin də əksəriyyəti iddia edir ki, komissiyaların əsas “işi” rəqib namizədlərin səsini azaltmaq yox, qalib gəlməli olan namizədin səsini şişirtmək olub.
Belə olan təqdirdə, A.Hacılı və S.Cəlaloğlunun doğrudan da aşağı-yuxarı elə məhz rəsmən elan olunan nəticələrdəki qədər səs topladığı qənaəti yaranır. Özü də bu qənaəti möhkəmləndirən kifayət qədər əsaslar mövcuddur.
Bunlardan biri narazı elektoratın bu seçkiyə demək olar ki, ümumiyyətlə qatılmamasıdır. Əksər müstəqil ekspertlər rəsmi rəqəmlərdə göstərilən 47.8 faiz seçici aktivliyinin həqiqəti əks etdirmədiyini və real nəticənin bundan ən azı iki dəfə aşağı olduğunu iddia edirlər. Seçkiyə gəlməyən narazı elektoratın isə əhəmiyyətli hissəsinin müxalifət partiyalarının namizədlərinə səs verəcəkləri gözlənilirdi.
Digər səbəb isə A.Hacılı və S.Cəlaloğlunun qətiyyən parlaq, təsirli, aktiv və s. adlandırıla biləcək seçki kampaniyası keçirməməsidir.
Əslində, bu namizədlər əgər özlərinin dedikləri qədər güclü idilərsə, nəinki sözügedən dairəyə, ümumilikdə ölkəyə səs salacaq kampaniya keçirməli idilər ki, bunun da şahidi olmadıq.
Nəhayət, bu partiya sədrlərinin növbədənkənar seçkiyə münasibəti elə seçki günü də özünü biruzə verdi. Bu dairədə onlar tərəfindən nə təşkilatçılıq, nə mütəşəkkil müşahidə, nəzarət mexanizmi qurulduğunun, nə də əgər saxtakarlıq hallarının olubsa bunu sübut edən, qalib namizədin səslərinin şişirdildiyini əsaslandıran hansısa faktı ortaya qoya bildiklərini gördük.
Yəni, iki aparıcı partiya bir yerdə, bir dairədə belə ortaya normal iş, təşkilatçılıq, mübarizə əzmi qoya, narazı elektoratı seçkiyə gətirə bilmədi və sair. Heç nəticələr elan olunandan sonra da onlar tərəfindən hər hansı əsaslı, ciddi etirazlara rast gəlinmədi.
Belədə sual yaranır ki, bu cür zəif, dişsiz kampaniya keçirən, normal təşkilatçılıq işləri belə aparmayan partiya sədrlərinin seçkiyə qatılmaqda məqsədləri nə idi – partiya mənsubiyyəti olmayan namizədə az qala 20 : 0 hesabı ilə uduzmaqmı?
Əlbəttə ki, yox. Burada istər-istəməz yalnız bir qənaət formalaşır - növbədənkənar parlament seçkisinin də hansı formada keçiriləcəyindən xəbərdar olan bu partiya liderləri özləri qazanacaqlarına yox, sadəcə, hakimiyyətin onlara yeni parlamentdə yer verəcəyinə ümid edərək seçkiyə qatılmışdılar. Axı Azərbaycanın parlament tarixində belə hadisələr dəfələrlə baş verib...
AzPolitika.info
"MÜHARİBƏ BÖYÜK ÖLÇÜDƏ BİTİB..." - Tramp İranla bağlı yeni mesajlar verdi, dini lider seçimini bəyənmədiyini dedi
"İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq" - ABŞ Müdafiə nazirindən müharibə ilə bağlı açıqlamalar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Almaniya XİN başçısı Ceyhun Bayramova zəng edib
İran raket Türkiyə səmasında vurulub
Putin İranın yen ali rəhbərini belə təbrik etdi: "Əminəm ki, Siz atanızın işini şərəflə davam etdirəcək və..."
58 mindən çox şagird buraxılış imtahanı verdi: 9 nəfərdə telefon aşkarlandı... - Cavablar nə vaxt elan ediləcək? (YENİLƏNİB)
Sabah yağış və qar yağacaq
Naxçıvana birbaşa uçuşlar bərpa olunub
Türkiyədə zəlzələ olub
Polis 4 nəfəri 43 kq narkotiklə saxlanılıb
Azərbaycan və İran arasında yüklərin daşınması bərpa olunub
Azərbaycan ərazisindən Ermənistana növbəti yük qatarı yola salınıb
İran mediası: yeni dini lider seçilib (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib - "Naxçıvana hücum araşdırılacaq"
Türkiyə Şimali Kiprə F-16-lar yerləşdirəcək
İran XİN başçısı Amerika mediasına danışdı: "İndi başqa bir atəşkəs istəyirsiniz?"- "Rusiya bizə müxtəlif sahələrdə kömək edir"
Ramazanın 19-cu gününün duası: imsak və iftar vaxtı
Makron İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi
Sabah yağış yağacaq
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb